Xəbər lenti
Gələn ilin buraxılış imtahanlarının vaxtı AÇIQLANDI
2022/2023-cü tədris ilində ümumtəhsil müəssisələrində keçiriləcək buraxılış imtahanları və yekun attestasiya ilə əlaqədar görüləcək işlərlə bağlı Dövlət İmtahan Mərkəzinin yeni təqvim planı təsdiq edilib.
Bu barədə mərkəzdən məlumat verilib.
Qeyd olunub ki, "Şagird-məzun” dövlət elektron məlumat sisteminə 2022/2023-cü tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların daxil edilməsi və yekun attestasiyanın aparılması ilə əlaqədar regional təhsil idarələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələri tərəfindən yerinə yetiriləcək işlər üzrə Təqvim planı”nı DİM sədri Məleykə Abbaszadə təsdiqləyib.
Regional təhsil idarələri, rayon (şəhər) təhsil sektorları və ümumtəhsil müəssisələrindən xahiş olunur ki, cari tədris ilində şagirdlərin fərdi və təhsilə aid məlumatlarınının təqvim planına uyğun olaraq "Şagird-məzun” sisteminə daxil edilməsini təmin etsinlər.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar