Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

Şagirdlərin NƏZƏRİNƏ: test tapşırıqlarında dəyişikliklər olacaq

Tarix: 21-10-2022 19:43     Baxış: 3346 A- / A+

Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında yeni təhsil proqramları üzrə təhsil alanların xarici dillər üzrə biliyinin yekun qiymətləndirilməsində fənn kurikulumunun müəyyən etdiyi 4 (“Dinləyib-anlama”, “Danışma”, “Oxu” və “Yazı”) məzmun xəttinə aid alt standartların yeni model test tapşırıqları ilə yoxlanılmasının mərhələli şəkildə həyata keçirilməsi davam edir.
Yeni model test tapşırıqları hazırlanarkən yoxlama-ölçmə materiallarının dillər üzrə Ümumavropa çərçivə sənədinin (CEFR) müvafiq səviyyələrinə uyğunlaşdırılmasına (orta təhsil səviyyəsində A2, tam orta təhsil səviyyəsində isə B1) xüsusi diqqət yetirilir.
DİM-dən verilən xəbərə görə, 2023-cü ildə orta təhsil səviyyəsində (9 illik) xarici dillər üzrə şagirdlərin “Yazı” məzmunlu bilik və bacarığı cavabı yazı ilə ifadə olunan açıq tipli tapşırıq formasında deyil, 5 ballıq hekayə tipli bir yazı ilə qiymətləndiriləcək. Bu hissədə şagirdlərə üç şəkil təqdim olunur və şəkil əsasında minimum 5 cümlədən ibarət hekayə qurmaq tələb olunur.
Yeni modelə əsasən, dinləyib-anlama bloku üzrə 4 qapalı, oxuyub-anlama bloku üzrə 7 qapalı, 1 açıq tipli (seçim), ümumi dil biliyini yoxlayan blok üzrə 11 qapalı, 1 açıq tipli (seçim) test tapşırığı, yazı bloku üzrə isə 1 tapşırıq təqdim olunur. Oxuyub-anlama bloku üzrə bilik və bacarıqların yoxlanılması 2 hissədən ibarətdir. Birinci hissə 3 kiçik həcmli mətn və hər birinə aid bir sual, ikinci hissə isə əvvəlki illərdə olduğu kimi, bir mətn və 5 sualdan ibarətdir.
Cari ilin məzunları üçün tam orta təhsil səviyyəsində (11 illik) buraxılış imtahanının xarici dil bloku üzrə dəyişikliklərin aparılması nəzərdə tutulmur. Tam orta təhsil (11 illik) səviyyəsində müvafiq dəyişikliklərin 2024-cü ildən aparılması nəzərdə tutulur.
İmtahana hazırlaşanlar orta təhsil səviyyəsində (9 illik) 2023-cü ildə buraxılış imtahanında təqdim olunacaq yazı işi üzrə qiymətləndirilmə meyarları, yeni model test tapşırığı nümunələri, eyni zamanda tam orta təhsil səviyyəsində (11 illik) növbəti tədris ili (2023-2024) üçün nəzərdə tutulmuş yeni model ilə yaxın zamanda çap olunacaq Abituriyent jurnalının xüsusi buraxılışında tanış ola biləcəklər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar