Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

İlahiyyat İnstitutunun müəllimləri beynəlxalq simpoziumda

Tarix: 17-10-2022 18:01     Baxış: 3496 A- / A+
Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) müəllimləri Almaniyada beynəlxalq elmi tədbirdə iştirak ediblər.
Aİİ İlahiyyat fakültəsinin dekanı – dos., i.f.d. Elnurə Əzizova və dekan müavini – f.f.d. Kövsər Tağıyev Almaniyanın Freyburq Universitetinin təşkilatçılığı ilə  keçirilən “Milli dövlətlər və Quran: postsovet məkanında tərcüməçilər, anlatılar və müzakirələr” mövzusunda beynəlxalq simpoziumda iştirak ediblər. 
Dosent E.Əzizova “Postsovet məkanında Qurana əsaslanan “Siyər” təsəvvürü: azərbaycanca Quran tərcümələri kontekstində Məhəmməd peyğəmbərin bioqrafiyası” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında Quranın Azərbaycan dilinə tərcümələrində erkən İslam tarixinə baxış və Məhəmməd peyğəmbər dövrünün siyasi, iqtisadi, ictimai və mədəni hadisələrinin necə əks olunduğunu müqayisəli təhlil edib. 
F.f.d. Kövsər Tağıyev “Postsovet Azərbaycanında Quran tərcümələri və tərcümə prosesinin əsas xüsusiyyətləri” mövzusunda məruzə ilə çıxış edib. O, çıxışında Azərbaycanın müstəqillik əldə etməsinin ardından Quranın tərcümə və şərhlərinin yazılması prosesini də işıqlandırıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar