Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Bağçalara işə qəbul üzrə müsahibə vaxtı açıqlandı

Tarix: 12-10-2022 19:35     Baxış: 3371 A- / A+
Bağçalara işə qəbul üzrə müsahibə vaxtı AÇIQLANDI
Məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi 19-28 oktyabr tarixlərində Azərbaycan Respublikasının Təhsil İnstitutunun Mir Cəlal 71 ünvanında yerləşən binasında təşkil olunacaq.
 
Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.
 
Bildirilib ki, bu barədə namizədlərin şəxsi səhifəsinə məlumat göndərilib.
 
Namizədlərdən müsahibəyə gələrkən bütün zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədi, ali və ya orta ixtisas, magistratura, eləcə də yenidənhazırlanma təhsili haqqında sənədin əsli və ona əlavəni, xarici ölkələrdə alınmış təhsilin tanınması və ekvivalentliliyi haqqında şəhadətnaməni) özü ilə gətirmək tələb olunur. Müsahibə zamanı qeyd olunan sənədlər, xüsusilə elektron ərizədəki "Təhsil haqqında məlumatlar" bölməsində qeyd edilən təhsil pillələrinə dair bütün sənədlər yoxlanılacaq.
 
Qeyd edək ki, namizədlər müsahibədən öncə psixoloji testə cəlb olunacaqlar. Müsahibə zamanı namizədlərin nitq, kommunikasiya və təlimin təşkili bacarıqları, peşəyə yanaşma və dəyərləri müvafiq komissiya tərəfindən yoxlanılacaq.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar