Sizin Reklam Burada
Xəbər lenti
08-05-2024
07-05-2024
BÜTÜN XƏBƏRLƏR

Xarici diplomlar Azərbaycanda bu halda tanınacaq

Tarix: 01-10-2022 14:57     Baxış: 5394 A- / A+

Elm və Təhsil Nazirliyi Azərbaycanda hansı xarici universitetlərin diplomunun tanınıb-tanınmaması ilə bağlı məsələyə aydınlıq gətirib.
Manevr.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu məsələdə universitetin adının və harada yerləşməsinin önəmi yoxdur.

“Universitet oxumaq üçün xarici ölkəyə getmiş və həqiqətən təhsil müddəti ərzində həmin ölkədə qalıb dərslərdə iştirak etmiş şəxs təhsilini bitirdikdən sonra müvafiq sənədlərini Elm və Təhsil Nazirliyinin nəzdindəki Təhsil Keyfiyyət Təminat Agentliyinə göndərir. Daha sonra həmin şəxsdən müsahibə götürülür və onun sənədi ratifikasiya olunaraq tanınır. Bir sözlə, bu məsələdə universitetin adının önəmi yoxdur. Yerləşdiyi ölkədən asılı olmayaraq, burada universitetin lizensiyasının olması, hüquqi statusa malik olması və normal şəraitdə fəaliyyət göstərməsi önəmlidir. Belə universitetlərdə müvafiq tədris qaydalarına əməl edib, təhsil alan şəxsin diplomu, əlbəttə, tanınır”, - deyə qurum rəsmisi vurğulayıb.
Qeyd edək ki, ötən illər ərzində xaricdə təhsil almış bəzi tələbələrin diplomları müxtəlif səbəblərdən Azərbaycanda tanınmayıb.



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar