Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

50 bal nəticə göstərən müəllimlərdən NARAZILIQ: "Biz çox məyus olmuşuq"

Tarix: 28-09-2022 11:21     Baxış: 2705 A- / A+

Bildiyiniz kimi, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi keçirilib.
Sertifikatlaşdırma prosesinə ümumi təhsil müəssisələrində çalışan ibtidai sinif müəllimləri cəlb edilib. Test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilib. Test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaq.
 
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, sertifikatlaşdırmanın nəticəsinə uyğun olaraq tədris edilən dərs saatına görə test imtahanı mərhələsində 50 baldan yuxarı nəticə göstərən müəllimlərin vəzifə maaşına 35 faiz, keçid balını toplayan müəllimlərin vəzifə maaşına isə 10 faiz aylıq əlavələr edilməsi nəzərdə tutulmuşdur. Ancaq sonradan bəzi suallar və narazılıqlar ortaya çıxıb. Redaksiyamıza 50 bal toplayan bir qrup müəllim məktubla müraciət edib. Onlar 50 baldan yuxarı nəticə göstərən müəllimlərin vəzifə maaşına 35 faiz, keçid balını toplayan müəllimlərin vəzifə maaşına isə 10 faiz aylıq əlavələrdən kənarda qaldıqlarını bildirirlər. 

Onlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Baş Nazir Əli Əsədova, Elm və Təhsil Naziri Emin Əmrullayevə və Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyliyə müraciət edərək, kömək istəyirlər. Müraciətdə deyilir: "Biz 50 bal toplayan müəllimlər çox məyus olmuşuq. Cunki keçid balları yuvarlaq müsahibə üçün 20, imtahan üçün 30 yuvarlaq ədəd götürüldüyü halda, 10 faizdən 35 faizə keçid balı 50 yox 51 bal göturulub. Bu hal bizi motivasiyadan salıb. Brifinqdə nazir Emin Əmurullayev də 50 balın yüksək bal olduğunu və 50 bal toplayan müəllimlərin vəzifə maaşlarına 35 faiz əlavə ediləcəyini vurğulamışdı", deyə qeyd ediblər.

Manevr.az




Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar