Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Elm və təhsil fədaisi; Mehriban Xanım Vəliyeva

Tarix: 16-09-2022 18:28     Baxış: 3417 A- / A+

Dünyada elə bir insan tapmaq olmaz ki, onun həyatında hansısa müəllimin və ya müəllimlərin rolu olmasın.  Həyat yolumuzu müəyyənləşdirməkdə, peşə və ixtisas seçimimizdə, yurd və millət sevgimizdə, dostumuzu və düşmənimizi tanımağımızda, dünya və insanlıq haqqında  təməl  düşüncələrimizin formalaşmasında müəllimlərimizin əməyi və qatqısı danılmazdır. Qarşıdan 5 oktyabr Ümumdünya Müəllimlər Günü gəlir. Bu günlə ilgili olaraq, cəmiyyətdə əsl müəllim kimliyi ilə tanınan və mənim də yaxşı  tanıdığım müəllimlərdən biri haqqında yazmaq istədim.  Əlbəttə, hər birimizin ətrafında özünə və sözünə, əməlinə və toplumdakı dürüst mövqeyinə böyük dəyər verdiyimiz, üstün özəllikləri ilə başqalarına da örnək ola bilən müəllimlərimiz  az deyil. Dahi bəstəkarımız  Üzeyir Hacıbəyli demişdir:  “Müəllimlik vəzifəsi çox çətin və məsuliyyətli bir vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xətadır”. 

Mən də məhz öz peşəsində hər cür xətadan uzaq olan müəllimlərdən biri və mənim seçimimə görə birincisi olan Mehriban Xanım Vəliyevadan yazmağı qərara aldım. Haqqında yazdığım ziyalımızın necə zəngin bir həyat yolu keçdiyi onu tanımayan oxucularımıza da aydın olsun deyə Mehriban Xanımın keçdiyi  həyat yoluna qısaca nəzər salaq;
Mehriban Xanım Vəliyeva 1964-cü ildə Bakı şəhərində doğulub. Bakı Dövlət Universitetinin Filologiya fakultəsini bitirib və gərgin elmi araşdırmalar sayəsində alimlik dərəcəsinə layiq görülüb. Filologiya üzrə fəlsəfə doktorudur. 1989-cu ildə əmək fəaliyyətinə başlayan Mehriban Xanım hər zaman öz prinsipiallığı, işinə münasibəti, çalışqanlığı və dərin biliyi ilə seçilib. Bu səbəbdən çalışdığı təhsil sahəsində rəhbərliyin etimadını doğrultmaqla bərabər,  özünə yüksək hörmət qazana bilib. Məhz bu üstün özəlliklərinə görə 2014-2020-ci illərdə Zərifə Əliyeva adına liseyə rəhbərlik etmək vəzifəsi ona həvalə olunub. O, bu yüksək vəzifədə də özünü layiqincə doğrulda bilib. Liseydə təhsilin səviyyəsinin artırılmasına, nizam-intizamın daha da gücləndirilməsinə, maddi-texniki bazanın zənginləşdirilməsinə və liseyin nüfuzunun daha da yüksəldilməsinə nail olmağı bacarıb. Bu uğurlarını və nailiyyətlərini görən Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev  2020-ci ilin 11 dekabr tarixində Mehriban Xanım Vəliyevanı Bakı şəhər Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edir. Məlumat üçün bildirim ki, Bakı məktəblərində hazırda 30 minə yaxın müəllim çalışır.  Bu qədər müəllimin, ziyalının çalışdığı bir quruma rəhbərlik etmək vəzifəsi olduqca məzuliyyətli vəzifədir. Əlbəttə, bu məsuliyyətin ağırlığını Mehriban Xanım gözəl anlayır və öz fəaliyyəti ilə bu işə necə cavabdehlik hissi ilə yanaşdığını bəlli edir. Sözsüz ki, onu bu vəzifəyə layiq bilənlər də təyinatdan öncə dəfələrlə götür-qoy etmiş və sonda “çörəyi çörəkçiyə vermişlər”.
Mehriban Xanımın Bakı şəhər Təhsil İdarəsinə rəhbərlik etdiyi dönəm kifayət qədər çətin və imtahanlarla dolu oldu. Belə ki, onun bu quruma  rəhbərliyə başladığı zamanda Azərbaycanda və eləcə də dünyada CORONA virusu tüğyan edirdi. Ancaq buna baxmayaraq, Mehriban xanım rəhbərliyə başladığı ilk gündən işlərini yüksək səviyyədə, günün tələblərinə uyğun şəkildə qurmağa çalışdı və öz zəngin təcrübəsi, çalışqanlığı, bacarığı ilə buna nail oldu. Hələ ötən il, dərs ilinin başlanmasına az  qalmış saytlardan birinin ona ünvanladığı  “Dərs ilinin başlanmasına sayılı günlər qalır. İndi bütün diqqətlər, müzakirələr bu istiqamətə yönəlib ki, əyani tədris bərpa olunacaq, yoxsa proses yenə məsafədən təşkil olunaq”? -  sualına Mehriban Xanım belə cavab vermişdi:

“Hədəfimiz, bütün səylərimiz ona yönəlib ki, ənənəvi təhsil bərpa olunsun, yenə tədris ocaqlarımız əvvəlki qələbəliyini yaşasın. Övladlarımız doğma məktəblərindən, sevimli müəllimləri, məktəb yoldaşları ilə canlı ünsiyyətdən uzaq qalmasınlar.
Məktəb divarları arasında müəllim- şagird ünsiyyəti, mənəvi bağlılığı heç nə ilə əvəz oluna bilməz. Məktəbin gözəlliyi, özəlliyi onun şagirdləridir. Dərs zamanı hökm sürən sakitlik, tənəffüs zəngi ilə yaranan səs-küy…bax, budur bizim həsrətində olduğumuz məktəb. Dediyim kimi, bütün səylərimiz də bunun üçündür. Bütün imkanlar ənənəvi təhsilin bərpa olunmasına yönəlib”. 
Bir damla bütöv bir dəryadan xəbər verdiyi kimi bir cavab da bəzən şəxsin hansı amalla yaşadığını, hədəflərinin nə olduğunu və arzularını bəlli edir.  Təkcə bu cavabdan anlamaq çətin deyil ki, Mehriban xanımın ürəyi məktəblə, şagirdlə və millətimizin gələcəyi ilə döyünür. Belə müəllimlərimiz, ziyalılarımız var olsun.
Türkiyə Cümhuriyyətinin qurucusu dahi Mustafa Kamal Atatürkün  qiymətli kəlamlarından biri belədir; “Müəllim şam kimidir, özü yanıb tükəndikcə ətrafını işıqlandırır. Bu işıq təkcə şagirdlərin yolunu deyil, bütün cəmiyyətin yolunu nurlandırır”.
Haqqında söhbət açdığım Mehriban Xanım Vəliyeva da məhz belə müəllimlərdən, ömrünü millətin gələcəyi üçün şam kimi əridən təhsil işçilərimizdəndir. Özümə borc bildim ki, “Müəllimlər Günü”nü qeyd etməyə hazırlaşdığımız bir dönəmdə cəmiyyətimizdəki örnək müəllimlərdən biri və öncə yazdığım kimi mənim üçün birincilərdən olan Mehriban Xanım haqqında onun keçdiyi həyat yoluna və zəngin fəaliyyətinə layiq olmasa da, anadolular demişkən, “kəndi çapımda” bir yazı yazım. Buna nail ola bildimmi? Qoy bu suala qəhrəmanımızı yaxşı tanıyan dəyərli və diqqətli  oxucularımız cavab versin.
Sözümü türk dünyasının böyük şairi Xəlil Rza Ulutürkün bir alqışı ilə bitirmək istəyirəm:
-Sizin kimi ziyalılarımızın sayı çox olsun, Mehriban

Sayğılarımla;                                                           
Sərdar Gözəlov

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar