Xəbər lenti
"Ən yüksək bal toplayan müəllimlərin çoxunun rayondan olması gözlənilən idi” - Nadir İsrafilov

Manevr.az xəbər verir ki, bunu bakupost.az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.
O bildirib ki, 2026-cı ilədək 11 minlik bir müəllim ordusunun keçəcəyi sertifikasiyanın ilk mərhələsində müəllimlərin gözlənildiyindən də artıq yüksək fəallığı sevindirici olduğu qədər, bu imtahanda yüksək nəticə göstərən müəllimlərin çoxunu rayon məktəblərinin müəllimləri olması ikiqat sevinclidir. Bu fəallığın yaranmasında heç şübhəsiz ki, “Dövlət ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərinin və həmin müəssisələrin təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələrin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin qərarının müstəsna rolu olub:
““Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” Prezidentin 18 avqust 2022-ci il tarixli Fərmanı əsasında verilən bu qərar təhsilin bu gün də dövlətimiz üçün prioritet olduğunun bariz nümunəsi olub, dövlət ümumtəhsil müəssisələrində səriştə və nəticə əsaslı diferensiallaşdırılmış və əmək bazarında rəqabətqabiliyyətli əməkhaqqı sisteminin yaradılması məqsədinə xidmət edir”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar