Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

DİM imtahan nəticələrinə dəyişiklik etdi

Tarix: 26-08-2022 18:43     Baxış: 3350 A- / A+

Avqustun 21-də keçirilən inzibati icraçı vəzifələrə (B növü) aid olan qruplar üzrə test imtahanı ilə əlaqədar Dövlət İmtahan Mərkəzində yaradılan Apellyasiya Komissiyası öz işini yekunlaşdırıb.
 
Manevr.az Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, Komissiya tərəfindən imtahanda istifadə olunan tapşırıqlar təkrar ekspertiza olunub. Ekspert qrupunun rəyinə əsasən, qanunvericilik proqramına aid olan iki test tapşırığının birində redaktə, digərində isə texniki xarakterli xətaya yol verildiyi müəyyən edilib.
 
Belə ki, bir qapalı tipli test tapşırığının şərt hissəsində redaktə səhvi (inkarın silinməsi) nəticəsində hər üç yanlış cavab variantı doğru cavab variantlarına çevrilib. Digər bir açıq tipli seçim formalı tapşırığın etalonunda (tapşırıqların düzgün cavablarının verildiyi şablon) isə dörd doğru cavab variantı (2,3,4,5) əvəzinə texniki səhv nəticəsində üç doğru cavab variantı (2,3,5) qeyd olunub.
 
İmtahanda istifadə olunan başqa test tapşırıqlarının məzmununda heç bir elmi-metodik qüsur və texniki xarakterli xəta aşkar edilməyib .
 
Apellyasiya Komissiyasının qərarına əsasən, qanunvericilik proqramına aid yuxarıda qeyd olunan iki test tapşırığında yol verilmiş xəta nəzərə alınaraq ekspertizada iştirak edən əməkdaş barəsində intizam xarakterli tədbir görülüb və namizədlərin imtahan nəticəsində aşağıdakı dəyişikliklər edilib:
 
- BA vəzifə qrupu A variantı üzrə 22 saylı, B variantı üzrə 21 saylı və BB vəzifə qrupu A variantı üzrə 22 saylı, B variantı üzrə 50 saylı eyni məzmunlu bir qapalı tipli test tapşırığı bütün namizədlər üçün düzgün cavablandırılmış hesab edilib;
 
- BA vəzifə qrupu A variantı üzrə 50 saylı, B variantı üzrə 54 saylı açıq tipli seçim formalı test tapşırığı yalnız “2345” cavab variantını seçən namizədlər üçün düzgün, “235” və digər cavab variantını seçən namizədlər üçün səhv cavablandırılmış hesab edilib.
 
Namizədlər artıq müvafiq dəyişikliklərlə DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifələrində tanış ola bilərlər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar