Xəbər lenti
Müəllimlərin maaşları belə hesablanacaq - Kimlər daha çox alacaq?

Təhsilverənlərin vəzifə maaşlarına aylıq əlavələrin müəyyən edilməsi haqqında fərman təhsil sisteminə müsbət təsir edəcək.
Manevr.az-ın məlumatına görə, bunu elm və təhsil nazirinin müavini İdris İsayev deyib.
Nazir müavini bildirib ki, birinci qrup təhsil işçilərinə veriləcək əlavələr təhsil alanların sayına görə müəyyən ediləcək. Buraya direktor və müavinləri aiddir.
Onun sözlərinə görə, sözügedən fərman təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərəcək, idarəetmə fəaliyyətində səmərəliliyi artıracaq.
Müəllimlərə veriləcək əlavələrə gəldikdə isə, İdris İsayev deyib ki, artımlar sertifikatlaşdırmanın nəticələrinə görə aparılacaq. Əlavələr dövlət peşə təhsili müəssisələrində çalışanlara da aid ediləcək.
Qeyd edək ki, ötən gün Prezident İlham Əliyev “Dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, 2022-ci il sentyabrın 1-dən dövlət ümümi təhsil müəssisələrinin aşağıdakı rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrinin) sertifikatlaşdırmadan keçən təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavə müəyyən edilib.
Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar