Xəbər lenti
Ali məktəblərə sənəd verən subbakalavrların SAYI
Bu il ali təhsil müəssisələrinə imtahan vermədən qəbul olmaq üçün 20 229 subbakalavr müraciət edib.
Bu barədə Dövlət İmtahan Mərkəzinin Direktorlar şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, ötən il bu rəqəm 19295 nəfər olub.
"Ötən il 6810 subbakalavr ali təhsil müəssisələrinə qəbul ola bilmişdi. Bu il plan yerləri və müsabiqədə iştirak etmək hüququ olan abituriyentlərin sayını nəzərə alsaq, yalnız ikinci ixtisas qrupu üzrə subbakalavrların qəbul olmaq şansları daha çoxdur.
Bu gün saat 15:00-da abituriyentlər üçün ayrıca canlı yayım edəcəyik və hər ixtisas qrupu üzrə müsabiqə vəziyyəti təhlil ediləcək, məsləhət veriləcək.
Bundan başqa, avqustun 15-də ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan plan yerlərinə müsabiqənin nəticələri elan olunub. Magistraturanın boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 1848 bakalavr müraciət edib. Müsabiqə nəticəsində onlardan 761 nəfər (o cümlədən 71 nəfər dövlət sifarişi əsasında) magistraturaya qəbul olub. Qəbul olunan şəxslər 2022-ci il 18 avqust 10:00-dan 30 avqust saat 23:59‑dək elektron qaydada //portal.edu.az/ platformasında qeydiyyatdan keçməlidirlər. 9 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qeydiyyat avqustun 17-dək davam edir", - deyə DİM sədri bu gün keçirdiyi mətbuat konfransında vurğulayıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar