Xəbər lenti
Məktəbli formalarının qiyməti açıqlandı - Bu tarixdən satışa çıxarılır

Manevr.az xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov məlumat verib.
Onun sözlərinə görə, uzunqol və qısaqol köynəklərin qiyməti təxminən 14 manatdır, şalvar və ətək isə 25 manata alıcılara təqdim olunacaq:
"Ümumi qiymət 39 manat olacaq. Qiymətin belə olması materialın yundan hazırlanmasından qaynaqlanır. Yunun bir metri bizə 10 dollara başa gəlir. Jaketlərə gəlincə, onları biz tikmirik. Bu səbəbdən qiymətlərdən hələ xəbərimiz yoxdur”.
E.Əzimov, məktəbli formalarının avqust ayının 17-dən satışa çıxarılacağını vurğulayıb.
Xatırladaq ki, bir müddət əvvəl Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq edib. Qərara əsasən, bundan öncəki geyim formalarından tədris ilinin sonunadək istifadə etmək mümkün olacaq.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar