Xəbər lenti
Nazirlər Kabinetindən bu universitetlə bağlı QƏRAR
Nazirlər Kabineti “Mingəçevir Dövlət Universitetinin yenidən təşkili və Nizamnaməsinin təsdiq edilməsi haqqında” qərar verib.
Mingəçevir Dövlət Universitetinin Nizamnaməsi təsdiqlənib.
Elm və Təhsil Nazirliyinə bu qərar qüvvəyə mindiyi tarixdən 3 gün müddətində Mingəçevir Dövlət Universitetinin qeydiyyata alınması üçün zəruri tədbirlərin görülməsini təmin etmək tapşırılıb.
Nizamnaməyə əsasən, Universitetin fəaliyyət istiqamətləri aşağıdakılardır:
- bakalavriat təhsil səviyyəsində tam orta təhsil və orta ixtisas təhsili bazasında ayrı-ayrı ixtisasların təhsil proqramları üzrə genişprofilli ali təhsilli mütəxəssislərin hazırlanması;
- magistratura təhsil səviyyəsində ixtisaslaşmalar üzrə hər hansı ixtisas sahəsinin elmi tədqiqat və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsi;
- doktorantura təhsil səviyyəsində yüksəkixtisaslı elmi kadrların hazırlanması, ixtisas və elmi dərəcələrin yüksəldilməsi;
- orta ixtisas və əlavə təhsil proqramlarının həyata keçirilməsi;
- elmin müxtəlif sahələri və istiqamətləri üzrə tədqiqatlar aparılması.
Universitetin nizamnamə fondu 4664758,03 (dörd milyon altı yüz altmış dörd min yeddi yüz əlli səkkiz manat üç qəpik) manatdır.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar