Sizin Reklam Burada
Xəbər lenti
01-05-2024
30-04-2024
BÜTÜN XƏBƏRLƏR

İkinci qrup üzrə plan yerlərinin sayı AÇIQLANDI

Tarix: 10-08-2022 17:26     Baxış: 3408 A- / A+
İkinci qrup üzrə plan yerlərinin sayı AÇIQLANDI
2022/2023-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan və rus bölmələri, hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı və dövlət sifarişi üzrə yerlərin sayı təqdim edilib.
Bu barədə məlumat II ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlər üçün “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçada yer alıb. Bildirilib ki, 2022/2023-cü tədris ili üçün respublika ali təhsil müəssisələrinin II ixtisas qrupuna Azərbaycan bölməsi üzrə 9415, rus bölməsi üzrə 620 olmaqla cəmi 12 min 232 plan yeri nəzərdə tutulur. Hər iki bölmənin birgə müsabiqəsi üzrə tələbə qəbulu planı 2197 yerdir. 4040 yer üzrə qəbul dövlət sifarişi əsasında aparılır.
Qeyd edək ki, iqtisadiyyat ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 13 yerin və menecment ixtisası üçün dövlət sifarişi üzrə ayrılmış 12 yerin müsabiqəsində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul üçün sənəd vermiş abituriyentlər də iştirak edirlər.
Xatırladaq ki, hər bir ixtisas üzrə dövlət sifarişi əsasında ayrılmış yerlərin sayı və dövlət sifarişinin yerinə yetirilməsində iştirak edən ali təhsil müəssisələrinin siyahısı və ayrı-ayrı ixtisasların ali məktəblər üzrə plan yerlərinin sayı, onların kodları, təhsil formaları (əyani, qiyabi) və təhsil haqqının məbləği “Abituriyent” jurnalının 2022-ci il 4-cü nömrəsində dərc olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar