K.Əsədov bildirib ki, III ixtisas qrupu üzrə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisasının plan yeri 2021-ci ildə Azərbaycan bölməsi üzrə 310-plan yerindən 320-yə qalxıb. Rus bölməsi üzrə 25 yer, tədris ingilis dilində 50, qiyabi təhsil formasında 25 plan yeri var. Bu ixtisas üzrə əyani təhsildə təhsil haqqı 4500 manat, qiyabi təhsildə 3600 manatdır.
Ekspert III ixtisas qrupu üzrə abituriyentlərin müqayisəli təhlilini aparıb və bildirib ki, bu il III ixtisas qrupu üzrə plan yerləri kəskin şəkildə artıb: “2022-ci ildə III ixtisas qrupu üzrə ümumi 15157 plan yeri ayrılıb. Onun da 13512 plan yeri DT altqrupu, 1645 plan yeri TC altqrupu üzrədir. 2021-ci ildə III ixtisas qrupu üzrə 12853 plan yeri var idi. (Bu il bu plan yeri 13512-dir). 2020-ci ildə III ixtisas qrupu üzrə 12286 plan yeri olub.
2022-ci ildə III ixtisas qrupu üzrə 200-dən çox bal toplayan abituriyentlərin sayı 13796 nəfər olub.
2021-ci ildə III ixtisas qrupu üzrə 200-dən çox bal toplayan abituriyentlərin sayı 14128 nəfər olub.
2020-ci ildə III ixtisas qrupu üzrə 200-dən çox bal toplayan abituriyentlərin sayı 15368 nəfər olub.
K.Əsədov əlavə edib ki, rəqəmlərdən göründüyü kimi, bu il III ixtisas qrupu üzrə abituriyentlərin şansı daha yaxşıdır. Plan yerlərinin sayında artım, yüksək bal toplayan abituriyentlərin sayında azalma müşahidə olunur.
2022-ci ildə III ixtisas qrupu üzrə 600+ bal toplayan abituriyentlərin sayı: 342 nəfər.
2021-ci ildə III ixtisas qrupu üzrə 600+ bal toplayan abituriyentlərin sayı: 617 nəfər.
2020-ci ildə III ixtisas qrupu üzrə 600+ bal toplayan abituriyentlərin sayı: 555 nəfər.
2022-ci ildə III ixtisas qrupu üzrə 500-dən çox bal toplayan abituriyentlərin sayı 2142 nəfər.
2021-ci ildə III ixtisas qrupu üzrə 500-dən çox bal toplayan abituriyentlərin sayı 2864 nəfər.
2020-ci ildə III ixtisas qrupu üzrə 500-dən çox bal toplayan abituriyentlərin sayı 2714 nəfər.
Kamran Əsədov Bu rəqəmlər onu deməyə əsas verir ki, bu il III ixtisas qrupu üzrə ballar ciddi şəkildə aşağı düşəcək.
Təhsil eksperti, həmçinin əvvəlki illər üzrə II ixtisas qrupu üzrə abituriyentlərin müqayisəli təhlilini də aparıb:
2022-ci ildə II ixtisas qrupu üzrə 600+ bal toplayan abituriyentlərin sayı: 143 nəfər.
2021-ci ildə II ixtisas qrupu üzrə 600+ bal toplayan abituriyentlərin sayı: 196 nəfər.
2020-ci ildə II ixtisas qrupu üzrə 600+ bal toplayan abituriyentlərin sayı: 216 nəfər.
2022-ci ildə II ixtisas qrupu üzrə 500-dən çox bal toplayan abituriyentlərin sayı 679 nəfər.
2021-ci ildə II ixtisas qrupu üzrə 500-dən çox bal toplayan abituriyentlərin sayı 823 nəfər.
2020-ci ildə II ixtisas qrupu üzrə 500-dən çox bal toplayan abituriyentlərin sayı 899 nəfər.
Bu rəqəmlər onu deməyə əsas verir ki, bu il II ixtisas qrupu üzrə ballarda ciddi dəyişiklik olmayacaq.
Düzdür, müəyyən qədər plan yerləri azalıb, amma yüksək bal toplayan abituriyentlərin sayı da azalıb.
Bu il, 2022-ci ildə II ixtisas qrupu üzrə plan yerləri kəskin şəkildə azalıb.
2022-ci ildə II ixtisas qrupu üzrə ümumi 12232 plan yeri ayrılıb.
2021-ci ildə II ixtisas qrupu üzrə 13642 plan yeri var idi.
2020-ci ildə II ixtisas qrupu üzrə 13800 plan yeri olub.
II ixtisas qrupu üzrə xüsusi ilə subbakalavrlar diqqətli olmalıdır.
2022-ci ildə II ixtisas qrupu üzrə 200-dən çox bal toplayan abituriyentlərin sayı 6039 nəfər olub.
2021-ci ildə II ixtisas qrupu üzrə 200-dən çox bal toplayan abituriyentlərin sayı 5346 nəfər olub.
2020-ci ildə II ixtisas qrupu üzrə 200-dən çox bal toplayan abituriyentlərin sayı 5356 nəfər olub.