Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

DİM bu şəxslərə xəbərdarlıq etdi

Tarix: 09-08-2022 16:21     Baxış: 3353 A- / A+
DİM bu şəxslərə xəbərdarlıq etdi
Yeni dərs ilinin başlamasına az qalmış yenidən gündəmə gələn məsələlərdən biri kitab piratçılığı və ona qarşı mübarizədir.

Dövlət İmtahan Mərkəzindən verilən xəbərə görə, qurum daim bu məsələni diqqət mərkəzində saxlayır və kitab piratçılığının qarşısının alınması ilə bağlı müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq şəraitində çalışır.
“Hələ 2018-ci ilin müvafiq dövründə hüquqları Dövlət İmtahan Mərkəzinin “Abituriyent” Jurnalı Redaksiyasına və digər nəşriyyatlara məxsus kitabların pirat nüsxələrini Türkiyə Respublikasında çap edərək Azərbaycan Republikasına gətirib satışını həyata keçirən böyük dəstə Azərbaycan Respublikasının hüquq mühafizə orqanları tərəfindən zərərsizləşdirilmiş, bir neçə nəfər cinayət məsuliyyətinə cəlb edilərək həbs edilmişdir. Bu tədbirlər kitab bazarına, bu sahədə müəllif və əmlak hüquqlarının qorunmasına öz müsbət təsirini göstərmişdir.
Aldığımız məlumata görə, bəzi hüquqi və fiziki şəxslər qanunların tələbinə məhəl qoymadan yenidən DİM-ə məxsus kitabların pirat nüsxələrinin çapı və satışı ilə məşğul olurlar. Bildiririk ki, bu cür halların qarşısının alınması üçün tərəfimizdən qanunvericilikdə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçiriləcək”, - məlumatda qeyd olunub.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar