Xəbər lenti
Yeni məktəbli formaları satışa çıxarılır – Qiymətlər bəlli oldu
Yeni məktəbli formaları avqustun 12-dən satışa çıxarılacaq.
Manevr.az xəbər verir ki, bu barədə məlumatı Bizim.Media-ya açıqlamasında "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov bildirib.
“Parçaları 3 ay əvvəl sifariş etmişdik, hələ indi gəlib çıxıb. Parçaların bəziləri hələ yoldadır. Parçaları Türkiyə, Belarus və Özbəkistandan çox çətinliklə gətiririk. Keyfiyyətli olduğu üçün bahalı parçalardır. İstehsalla bağlı xüsusi planımız yoxdur. Plan ancaq satışdan asılı olacaq. Nə qədər satılarsa, bir o qədər də istehsal edəcəyik. Tikməkdə davam edirik. Ayrıca bir tikiş müəssisəmiz də işə qoşulub”.
Satış müdiri yeni məktəbli formalarının qiymətinin təxminən 66-70 manat civarında olacağını deyib:
“Bu məbləğdən yuxarı qalxmayacaq. Biz çalışırıq ki, minimum rəqəm deyək. Gələn ola bilər ki, sifarişdən asılı olaraq qiymət dəyişsin. Köhnə məktəbli formaları 2017-ci ildən sonra qiyməti dəyişməmişdi. Onu da deyim ki, hər kəs yeni forma ilə maraqlanır. Köhnə formaları soruşan yoxdur. Amma bu il üçün köhnə formalardan da istifadə keçərli olacaq. Elm və Təhsil naziri belə bir təlimat verib. Gələn il isə yalnız yeni məktəbli formasından istifadə ediləcək”, - deyə Etibar Əzimov qeyd edib.
Qeyd edək ki, təhsilalanların geyim forması oğlan və qızlar üçün ayrı olmaqla qış və yay formalarından ibarətdir.
Xatırladaq ki, bu ilin mart ayında Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq edib. 2022/2023-cü tədris ilindən tətbiq ediləcək qərara əsasən, hazırkı geyim formaları tədris ilinin sonunadək istifadədə olacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar