Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Göyçayda direktor məktəbi "bazara döndərib" - İDDİA -ŞƏKİLLƏR

Tarix: 01-08-2022 22:37     Baxış: 3477 A- / A+


"Məktəbdə süpürgə pulundan tutmuş, attestat verilməsi üçün, testə görə, stol-stul təmiri, lampa və digər əşyaların alınması üçün şagirdlərdən tez-tez pul yığılır."

Bir qrup Göyçay şəhər sakininin Manevr.az-ın elektron poçtuna daxil olan müraciətini təqdim edirik:

"Göyçay şəhər 6 nömrəli tam orta məktəb yararsız və qəzalı vəziyyətdər. Buna görə heç bir tədbir görülmür. Məktəbin direktoru Yeganə Mehdiyeva 20 ildən çoxdur ki, bu vəzifədədir. Yeganə Mehdiyeva Göyçay rayon İcra Hakimiyyəti başçısı vəzifəsini icra edən İkram Vəliyevlə əlbir olub məktəbdə əməlli başlı bazar açıblar.
Süpürgə pulundan tutmuş, attestat verilməsi üçün, testə görə, stol-stul təmiri, lampa və digər əşyaların alınması üçün şagirdlərdən tez-tez pul yığılır.
Dərs saatları fən kabinetləri pulla satılır. Hətta məktəbdə adı olub, özü olmayan siniflər mövcuddur ki, təftiş edilərsə üstü açılacaq. Belə ki, adı olub dərs saatı davamiyyəti yazılan siniflərin özü mövcud deyil.
Məktəbin sinifləri çox bərbad vəziyyətdədir ki, buna görə şagirdlər əziyyət çəkirlər. Bu təqdim edilmiş fotolarda da aydın görünür. Məktəbin damı yararsız vəziyyətdədir, döşəməsi bərbaddır. Buna görə yağış suları sinifə axır, tarakan, həşəratlar siniflərə dolur. Ancaq məktəbin direktoru Yeganə Mehdiyeva  oğlu üçün Göyçay şəhəri ərazisində böyük bir villa inşa etdirir. Dövlət vsaitini talan edən, şagirdlərin valideynlərinin cibini soyan belə bir yaramazın məktəbdə direktor vəzifəsində qalması Azərbaycan təhsilinə bir ləkədir. Yeganə Mehdiyeva  talançılq yolu ilə əldə etdiyi pulun böyük hissəsini icra başçısı vəzifəsini icra edən İkram Vəliyevə verir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadan xahiş edirik, Göyçay şəhər 6 nömrəli tam orta məktəbin əsaslı təmir edilməsinə göstəriş verəsin və məktəbi bazara döndərib korrupsiya əməlləri ilə məşğul olan direktor Yeganə Mehdiyevanın barəsində tədbir görülsün.

 Samir Gəray oğlu Əliyev
Vüsal Qalib oğlu Məmmədov 
 Araz Mahmud oğlu Hüseynov
 Gülövşə Mansur qızı Xasıyeva
 Sona Bəyalı qızı Mehdiyeva"














Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar