Xəbər lenti
Bu gün DİM növbəti imtahanlar keçirir

Bu gün Dövlət İmtahan Mərkəzi hərbi liseylərə qəbul imtahanı və miqrasiya orqanlarına qulluğa qəbul imtаhаnı keçirir.
İmtahanlar saat 10:00-da başlanır. İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binalarına buraxılmırlar.
Müdafiə Nazirliyinin hərbi liseylərinə qəbul imtahanı Bakı və Naxçıvan şəhərlərində, ümumilikdə 7 binada keçirilir. İmtahanda 1735 abituriyentin (Bakı şəhərində 1345 nəfər, Naxçıvan şəhərində 390 nəfər) iştirakı nəzərdə tutulur.
Miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün test imtahanı isə Bakıda 2 binada keçirilir. İmtahanda iştirak etmək üçün 357 nəfərin namizədliyi qeydə alınıb.
Qeyd edək ki, bu gün Dövlət İmtahan Mərkəzi həm də jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün qabiliyyət imtahanı keçirir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar