Xəbər lenti
Müəllimlərin sertifikasiyasına başlanılır
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi ilə bağlı məlumat açıqlanıb.Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırılması qaydalarının tələblərinə uyğun olaraq test imtahanı ilə bağlı məlumat 1 ay öncədən iştirakçıların şəxsi kabinetinə göndərilib.
"Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, "Sertifikatlaşdırma" bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatla tanış ola bilərlər" - deyə bildirilib.
Qeyd edək ki, ilkin mərhələdə ibtidai sinif müəllimləri sertifikasiyaya cəlb olunacaq. Növbəti mərhələdə isə buraxılış fənn müəllimlərinin sertifikatlaşdırılmasına başlanılacağı gözlənilir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































