Xəbər lenti
Yeni tədris ilində dərslər distant formada başlanacaq? – AÇIQLAMA
“Növbəti 2022/23 tədris ili üçün aktiv xəstə sayı 50 min nəfər həddinə çatarsa, müvafiq məhdudiyyətlər tətbiq olunacaq. Bu zaman dərslərin yenidən distant formada təşkili mümkün ola bilər”.
Manevr.az xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
Xatırladaq ki, ötən tədris ilində pandemiya qaydaları bir qədər yumşaldığına görə dərslər hibrid formada keçirilirdi. Şagirdlər və tələbələr həftənin bir neçə günü dərsləri üzbəüz, digər günlər isə distant formada keçirdilər. Yoluxmanın yenidən artması ilə əlaqədar dərslərin yenidən distant formada təşkil olunacağı ilə bağlı müzakirələr aparılır. Qərarın nə olacağı hər kəsi düşündürür.
Ekspert qeyd edib ki, yoluxma kəskin artmasa, dərslər tam əyani formada başlayacaq:“Statistikaya nəzər salsaq, müəyyən sayda artımların olduğunu görərik. Bizdə aktiv xəstələri qarşılayacaq çarpayıların sayı təxminən 60 min civarında qeyd olunur. Amma nəzərə çatdıraq ki, həmin dövr üçün 60 mini gözləmirik. Yoluxma sayı ən azı 40-50 min olanda artıq müəyyən məhdudiyyətlərin tətbiqinə başlanılır. Hətta bəzən 20-25 min olanda da məhdudiyyətlər olur. Yoluxma kəskin artarsa, növbəti tədris ilində dərslər distant formada başlana bilər. Əks halda dərslər tam əyani formada başlayacaq, hibrid şəkildə olmayacaq”.
İnfeksionist Mərdan Əliyev isə qeyd edib ki, uşaqların virusa yoluxma riski daha çoxdur:
“Valideynlər özlərini qorumağa çalışmalıdırlar. Koronavirus əsasən valideynlərdən uşaqlara keçə bilir. Uşaqlar peyvənd olunmayıblar, onlarda immunitet də zəifdir. Bu səbəbdən məktəbdə, bağçada yoluxma ehtimalı çoxdur”.
M.Əliyevin sözlərinə görə, yoluxmanın qarşısını almaq üçün məktəbləri bağlayıb, distant formaya keçməliyik:“Bunun da müəyyən zərərləri var. Canlı təhsilin yerini heç nə vermir. Təhsildə geriqalmalar müşahidə edilə bilir. Uşaqla yanaşı, valideyni də nəzarətdə saxlamaq lazımdır. Valideyni xəstə olan uşaq məktəbə gəlməməlidir. Yalnız bu formada canlı təhsili saxlamaq olar”.
Qeyd edək ki, Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 277 yeni yoluxma faktı qeydə alınıb, 91 nəfər müalicə olunaraq sağalıb. Ölkədə indiyədək ümumilikdə 795 190 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 784 181 nəfər müalicə olunaraq sağalıb, 9 727 nəfər vəfat edib, aktiv xəstə sayı 1 282 nəfərdir. Ölkədə son sutka ərzində 3 523, hazırkı dövrədək isə 7 011 596 test aparılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar