Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin riyaziyyat fənni üzrə 14 iyul 2022-ci il tarixində keçirilmiş imtahan nəticələrinin elmi statistik təhlili başa çatıb.
Manevr.az xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Təhlil nəticələrinə əsasən qərara alınıb ki, müzakirəyə səbəb olan üç sualın nəticəsi bütün iştirakçılar üçün ləğv edilir və namizədlərə üç sualın hər biri üzrə iki bal olmaqla, cəmdə altı bal hesablanır.
Əlavə olaraq, baş verənlərlə əlaqədar riyaziyyat fənni üzrə namizədlərə könüllü əsasda təkrar imtahan vermək imkanı yaradılır.
Qeyd edək ki, təkrar imtahanda iştirak etmək istəyən namizədlər nəzərə almalıdırlar ki, bu halda onların 14 iyul 2022-ci il tarixində verdiyi imtahanın nəticəsi etibarsız sayılacaq və sonuncu imtahanda əldə etdikləri nəticə əsas götürüləcək.
Təkrar imtahanın keçirilmə tarixi, yeri və digər detalları haqda ətraflı məlumat yaxın zamanda paylaşılacaq!
Xəbər lenti
MİQ-dən riyaziyyat fənni üzrə keçirilmiş imtahanla bağlı qərar

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar