Sizin Reklam Burada
Xəbər lenti
25-08-2025
24-08-2025
BÜTÜN XƏBƏRLƏR

Şagirdi tərəfindən döyülən müəllim iş yerini dəyişdi

Tarix: 16-07-2022 11:51     Baxış: 5340 A- / A+
Aprelin 1-də Nardaran qəsəbəsi 130 saylı orta məktəbdə müəllim və şagird arasında xoşagəlməz hadisə yaşanmışdı. Belə ki, 1985-ci il təvəllüdlü A.Mustafayevə şagirdi, 2005-ci il təvəllüdlü M.K. tərəfindən xəsarət yetirilmişdi.
Manevr.az xəbər verir ki, məsələ ilə bağlı Bakı Şəhər Təhsil İdarəsi yeni açıqlama yayıb.
Qurumdan cavab olaraq bildirilib ki, həmin məsələ ətraflı araşdırılıb: “Məlum olub ki, tədris prosesi zamanı şagird müəllimin əsaslı və müsbət xarakterli tələbkarlığına qarşı çıxaraq ona əli ilə zərbə vurub. Şagirdin müəllimə qeyri-uyğun davranışı ilə bağlı şagirdlə müvafiq qaydada söhbət aparılıb.
Müəllim A.Mustafayev fəaliyyətini digər ümumi təhsil müəssisəsində davam etdirir”.
Qurumdan bildirilib ki, məktəbdə müəllim-şagird münasibətlərinin tənzimlənməsi diqqətdə saxlanılır.
Xatırladaq ki, daha öncə verilən açıqlamada hadisəyə səbəb kimi şagirdin dərsə gecikməsinə görə müəllimlə aralarında yaranan anlaşılmazlıq göstərilmişdi. Qeyd edilirdi ki, şagirdin valideyni məktəbə dəvət olunub, müəllimdən üzr istənilib.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar