Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
BÜTÜN XƏBƏRLƏR

Yeni məktəbli formaları indikilərdən baha olacaq - AÇIQLAMA

Tarix: 09-07-2022 21:53     Baxış: 4389 A- / A+

 

 Yeni tədris ilinə iki aydan çox vaxt qalıb. Xeyli vaxt qalmasına baxmayaraq, yeni məktəbli formaları ilə bağlı anonslar insanlarda maraq doğurur. Əksəriyyət yeni formaların keyfiyyət və qiymətilə maraqlanır.

Azərbaycanda məktəbli formalarının tikilişini və satışını həyata keçirən “Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov “modern.az”a açıqlamasında bildirib ki, hələ ki yeni məktəbli formalarının tikilişi üçün parça ölkəmizə gətirilməyib:

“Ona görə hələ qiyməti də deyə bilmirik. Xərcimiz bilinəndə qiyməti müəyyənləşdirə biləcəyik. Parçalar sifariş edilib, iyulun 25-nə kimi Azərbaycanda olmalıdır.

Biz nümunə üçün istehsala başlamışıq. Amma parçalar gəldikdən sonra avqustdan intensiv tikilişlərə davam edəcəyik”.

E.Əzimov qiymətlərin artacağını istisna etməyib:

“Builki parçalar daha keyfiyyətli olacaq. Geyimlər pambıqdan və yundan ibarətdir. Bu da təbii əvvəlki məktəbli formaları ilə müqayisədə qiymətin artmasına təsir edə bilər”. musavat.com

Manevr.az 

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar