Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yeni məktəbli formaları baha olacaq - Bakı Tikiş Evi

Tarix: 09-07-2022 18:09     Baxış: 4354 A- / A+
Yeni məktəbli formaları baha olacaq - Bakı Tikiş Evi
Yeni tədris ilinə iki aydan çox vaxt qalıb. Xeyli vaxt qalmasına baxmayaraq, yeni məktəbli formaları ilə bağlı anonslar insanlarda maraq doğurur. Əksəriyyət yeni formaların keyfiyyət və qiymətilə maraqlanır

Manevr.az xəbər verir ki, Azərbaycanda məktəbli formalarının tikilişini və satışını həyata keçirən "Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov bildirib ki, hələ ki, yeni məktəbli formalarının tikilişi üçün parça ölkəmizə gətirilməyib:“Ona görə hələ qiyməti də deyə bilmirik. Parça gəlib xərcimiz bilinəndə qiyməti müəyyənləşdirə biləcəyik. Parçalar sifariş edilib, iyulun 25-nə kimi Azərbaycanda olmalıdır. Biz nümunə üçün istehsala başlamışıq. Amma parçalar gəldikdən sonra avqustdan intensiv tikilişlərə davam edəcəyik".

E.Əzimov qiymətlərin artacağını istisna etməyib:
 
“Builki parçalar daha keyfiyyətli olacaq. Geyimlər pambıqdan və yundan ibarətdir. Bu da təbii əvvəlki məktəbli formaları ilə müqayisədə qiymətin artmasına təsir edə bilər". (modern.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar