Manevr.az xəbər verir ki, diplomunda müəllim sözü yazılmayanların da gələcəkdə müəllim kimi işləmələrinə imkan yaradılacaq. Bu məqsədlə ''Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası"nda dəyişikliklər edilib.
Qərarı şərh edən təhsil üzrə ekspert Kamran Əsədovun sözlərinə görə, indiyə qədər yalnız müvafiq ixtisas üzrə pedaqoji təhsilə malik olan şəxslər ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququna malik idilər. Amma gələn ildən etibarən Təhsil Nazirliyi digər ixtisasları bitirənlərin də müəllim olmalarını təmin edə biləcək.
Ekspert onu da bildirdi ki, 2021-ci ildə Müəllimlərin İşə Qəbulu imtahanında iştirak etməkdən ötrü 61 min nəfər müəllim olmaq üçün sənəd vermişdi. Ancaq onlardan yalnız 9 mini işlə təmin olunub.