Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Təhsil sahəsində atılan hansı bir addım birmənalı qarşılanıb ki?”- Təhsil ekspertindən SERTİFİKASİYA ilə bağlı AÇIQLAMA

Tarix: 21-06-2022 16:42     Baxış: 3413 A- / A+

“Müəllim əməyinin qiymətləndirilməsi, onların maddi və mənəvi stimullaşdırılmasına yönəlik mexanizmlərin tətbiqi, heç də yeni məsələ olmayıb, sovet dönəmindən bəri tətbiq olunan bir prosedurdur. Bununla belə, “Attestasiya”, “sınaq imtahanı”, “könüllü attestasiya”, ”lisenziya”, “diaqnostika” və nəhayət “sertifikasiya” – bunların hansı biri kimlər tərəfindənsə bir mənalı qarşılanıb ki,…!? Hətta, Nazir tərəfindən “Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil, müəllimləri daim inkişafda saxlamaqdır” kimi humanist və təsəlliverici açıqlaması belə məsələyə ikili yanaşmanı aradan qaldırmayıb. Kimlərsə sertifikasiyanı səriştəsiz, müəllimlərin tədris prosesindən kənarlaşdırılması baxımından müsbət hal kimi dəyərləndirirsə, digərləri bunu müəllimlərin xüsusilə də yaşlı nəslin sayının azaldılmasına hesablanan bir addım kimi qiymətləndirir. Bu da təbiidir, çünki hər kəsin məsələyə fərdi baxış bucağı, fərqli yanaşma tərzi var”.
Bu sözləri Editor.az-a açıqlamasında Təhsil Nazirliyi yanında İctimai Şuranın sədr müavini, təhsil eksperti Nadir İsrafilov deyib.
Təhsil eksperti bildirib ki, müəllimlərin son attestasiyası 1994-cü ildə keçirilib:
“Əmək Məcəlləsinin 66-cı maddəsinə dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlərin attestasiya olunmayacağı və sertifikasiyadan keçiriləcəyinə dair əlavə edilən ölkəmizdə dövlət ümumtəhsil müəssisələrində işləyən təhsilverənlər 5 (beş) ildən bir sertifikasiyadan keçiriləcək və verilən sertifikatın hüquqi qüvvəsi növbəti sertifikasiyaya qədər (5 illik) olacaq barədə yeni dəyişiklik də birmənalı qarşılanmamışdı. Milli Məclisin Elm və Təhsil Komitəsinin o zamankı sədri İsa Həbibbəylinin açıqlamasında bildirilirdi ki, dövlət ümumtəhsil müəssisələrində müəllimlərin attestasiyasının ləğvinin və sertifikasiyadan keçiriləcəyi hələ müzakirə mərhələsindədir: “Bunlar incə məsələlərdir. Ona görə də hələ müzakirə olunur. Parlament bununla bağlı qərar verəcək. Müəllimlərin attestasiyası bir neçə dəfə planlaşdırılsa da müəyyən səbəblərdən onu reallaşdırmaq mümkün olmayıb. Məhz buna görə “Təhsil haqqında Qanun”a müvafiq dəyişikliklər və əlavələr təklif olundu. Attestasiya Diaqnostik Qiymətləndirmə ilə əvəz olundu. Məsələ ondadır ki, Diaqnostik qiymətləndirmə də hamı tərəfindən birmənalı qarşılanmadı, bu prosedurun mükəmməl olmamasından şikayətlənənlər də az olmadı. İstənilən halda, Sertifikasiya Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına əsasən həyata keçiriləcək tədbirlərdən biridir. Bununla belə ədalət naminə razılaşmalıyıq ki, sertifikasiyanın optimal variantını işləyib hazırlamaq, işlək mexanizmlərini müəyyənləşdirmək, 150 min müəllimin sertifikasiyasının birdən-birə keçirmək düşündüyümüz qədər də asan məsələ deyil”.
N. İsrafilovun sözlərinə görə, “Təhsil haqqında” qanuna edilən dəyişikliklərə əsasən üzrlü səbəbdən sertifikasiyada iştirak etməyən və ya sertifikasiyadan keçməyən şəxslər bir il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikasiyada iştirak etmək hüququna malikdirlər:
“Təkrar sertifikasiyada iştirak etməyən şəxslər sertifikasiyadan keçməmiş hesab olunurlar. “Sertifikasiya imtahanında yaşı 65-dək olan müəllimlər iştirak edəcəklər: Lakin müəllimin yaşı 65-dən yuxarıdırsa və gələcəkdə fəaliyyətini davam etdirmək istəyirsə, sertifikasiyada iştirak edə bilər” kimi açıqlamalar da o anlama gəlməməlidir ki, böyük təcrübəyə malik yaşlı nəsli sıxışdırmaq yolu ilə kifayət qədər təcrübəyə malik olmayan gənclərə yol açmaq xarakteri daşısın və bundan süni istifadə hallarına yol verilsin. Müddətsiz müqavilə ilə işləyən diplomu dövlət nümunəli olmayan müəllimlərin də sertifikasiya imtahanında iştirak etmələri yalnız müsbət hal kimi qiymətləndirilə bilər. Bütün bunlarla yanaşı sertifikasiya nəticəsində hər şey saf-çürük olunacaq. Yəni, bu prosedurun məqsədi kimlərisə işdən azad etmək yox, ümumi təhsil müəssisələrində pedaqoji və idarəetmə fəaliyyəti ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir. Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli qərarı var və orada sertifikasiyanın keçirilməsi qaydaları konkret yazılıb: Belə ki, 1-ci mərhələdən 50 faizdən aşağı bal toplayanlar ikinci mərhələyə keçmirlər, yaxud 2-ci mərhələdə 20 faizdən az bal toplayanlar yenə keçmirlər. Nəticə 1 il müddətinə iş yeri saxlanmaqla minimum dərs yükü ilə 6 saatla işdə qalacaqlar. Nazirlik 2-ci dəfə kimlər ki, iştirak edə bilməyib, yaxud 50 faizdən aşağı bal toplayıb, onlar üçün yenidən sertifikasiya keçiriləcək. Bu dəfə də keçə bilməyənlər Əmək Məcəlləsinin 70-ci maddəsinin C bəndinə əsasən tutduğu vəzifəyə uyğun gəlməməsi ilə bağlı işinə xitam veriləcək. Müəllimlərin sertikasiyada topladığı ballara uyğun olaraq onlara kateqoriyalar verilməsi və həmin kateqoriyalara uyğun olaraq da əmək haqlarının artırılması gözlənilir. Bu məsələlərlə bağlı hər hansı bir proqnoz verməyin tərəfdarı deyiləm. İstənilən proqnoz hadisələrin qabaqlanmasına hesablanır və geniş ictimaiyyət arasında çaşqınlıq yaranmasını qaçılmaz edir. Hər şey zamana bağlıdır. Lakin hesab edirəm ki, sertifikasiya müəllimin daim öz üzərində işləməsi və peşə fəaliyyətinə məsuliyyətinin artırılmasına xidmət edir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar