Sizin Reklam Burada
Xəbər lenti
22-09-2025
21-09-2025
BÜTÜN XƏBƏRLƏR

Nazir bağçalarda qanunsuz pul yığımından danışdı

Tarix: 21-06-2022 14:09     Baxış: 3427 A- / A+

Təhsil naziri Emin Əmrullayev məktəbəqədər təhsil səviyyəsində (uşaq bağçaları) valideynlərdən qeyri-qanuni pul alınması məsələsinə münasibət bildirib.
Manevr.az xəbər verir ki, nazir hazırda uşaq bağçalarının əksəriyyətinin fəaliyyətini qənaətbəxş saydığını vurğulayıb.
E.Əmrullayev qeyri-qanuni pul yığılması məsələsinə gəlincə, bunun həm obyektiv, həm də subyektiv səbəbdən baş verdiyini deyib:
“Yəni bu hal heç də həmişə insanlara bağlı məsələ olmur. Bəzi hallarda bağçaların infrastrukturu, onlara verilən avadanlıq və oradakı vəziyyət buna imkan vermir. Bəzi hallarda isə insanlarla, bağçanın rəhbərliyi və s. ilə bağlıdır”.
Nazir qeyd edib ki, uşaq bağçaları Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra işçilərlə bağlı müvafiq intizam tədbirləri görülməyə başlanıb, yaxın həftələrdə ictimaiyyət bununla bağlı məlumatlandırılacaq:
“Proses davam edir və daha detallı məlumat verə bilmərəm. Ümumtəhsil müəssisələrində pul yığılmasının qarşısının alınması kifayət qədər vaxt tələb etdi. Uşaq bağçalarında da oxşar yanaşmalar tətbiq ediləcək. İstənilən halda istənilən təhsil müəssisəsində qeyri-qanuni pul yığılmasının əleyhinəyik. Belə hallar aşkarlanarkən hər hansı güzəşt olmadan müəssisə rəhbərləri ilə bağlı ciddi intizam tədbirləri görülür”.(report)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar