Bu barədə Başı Şəhər üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Kiprdə təşkil olunan 38-ci Balkan Riyaziyyat Olimpiadasında iştirak edən məktəblilərimiz uğurlu nəticə göstəriblər. Belə ki, Bakı şəhəri 220 nömrəli məktəb-liseyin şagirdi Yusif Qasımov gümüş medal, Bakı şəhəri 72 nömrəli məktəb-liseyin şagirdi Cavad İsmayılzadə həvəsləndirici mükafat qazanıb.
Qazaxıstanın Almatı şəhərində fizika, riyaziyyat və informatika fənləri üzrə onlayn XVIII Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) paytaxt məktəbliləri ölkəmizi uğurla təmsil ediblər. Belə ki, olimpiadada Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Elçin Musazadə gümüş medala, Bakı şəhəri 72 nömrəli tam orta məktəbin şagirdi Cavad İsmayılzadə isə bürünc medalın sahibi olub.
39-cu Balkan Riyaziyyat Olimpiadasında Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar Hiseyin şagirdi Elçin Musazadə bürünc medal qazanıb.
Moskvada keçirilən VI Meqapolislər Olimpiadasında Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar Liseyin şagirdi Elçin Musazadə bürünc medala layiq görülüb.
Xorvatiya Gənc İstedadlı Riyaziyyatçılar Assosiasiyasının təşkil etdiyi və 31 ölkədən 100-dən çox məktəblinin qatıldığı X Avropa riyaziyyat kuboku müsabiqəsində Bakı şəhəri 72 nömrəli tam orta məktəbin şagirdi Cavad İsmayılzadə III dərəcəli diploma layiq görülüb.
Meksikada təşkil olunmuş “Infomatrix” olimpiadasının dünya finalında Bakı şəhəri 2 nömrəli Texniki-Humanitar liseyin şagirdi Cavid Salam Mirsalayev gümüş medal qazanmışdır. Qeyd edə ki, “Infomatrix” beynəlxalq layihə və robotexnika olimpiadasıdır. Azərbaycan məktəbliləri dəfələrlə bu olimpiadanın finalında iştirak etmiş və medallar qazanmışlar.