Xəbər lenti
Milli Qəhrəmanın qızı məzun oldu - Şəkillər
14 iyun 2022-ci il tarixdə Son zəng və Milli Qurtuluş günü münasibəti ilə Qubadlı rayonunun bütün ümumtəhsil məktəblərində tədbirlər keçirildi.
Lent.az xəbər verir ki, bu tədbirlərdən biri də Şəhid Milli Qəhrəman Şükür Həmidovun qızı Əzizə Həmidovanın məzun olduğu Qubadlı rayon Xıdırlı kənd tam orta məktəbində keçirildi.
Tədbirdə Qubadlı rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, Şərqi Zəngəzur RegionalTəhsil şöbəsinin müdiri Fuad Bədəlov, Şəhid Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov, AYB Qubadlı rayon Regional Bölməsinin sədri Namiq Məna, ictimaiyyət nümayəndələri, məktəbin şagird və müəllim kollektivi iştirak edirdilər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbir açıq elan edildikdən sonra çıxış edən Qubadlı rayon icra Hakimiyyətinin başçısı Malik İsaqov son zəng günü münasibətilə məktəbin müəllim və şagird kollektivini təbrik etdi.
Məzunlara yeni başlayacaqları həyatda uğurlar arzulayan başçı vurğuladı ki, onların cəmiyyətdə layiqli vətəndaş kimi formalaşması, bilikli və bacarıqlı mütəxəssis kimi yetişmələri hər birimizin ən böyük arzusudur. Natiq bildirdi ki, ölkə Prezidentinin diqqət və qayğısı nəticəsində rayonda təhsilin infrastrukturu yaxşılaşıb, son illərdə 17 yeni məktəb binası istifadəyə verilib, digər məktəblər isə əsaslı təmir edilib.
Həmçinin ötən il qəbul imtahanlarının nəticələrindən bəhs edən RİH-in başçısı Malik İsaqov bildirdi ki, rayon ümumtəhsil məktəblərini bitirən 583 nəfər məzundan 507-i sənəd vermiş, onlardan 374 nəfər Ali məktəblərə qəbul olmuşdur. Eyni zamanda 2020-2021-ci il tədris ilində ali məktəblərə qəbul olma faizinə görə Qubadlı rayonu ölkə üzrə 1-ci yeri tutur.
RİH başçısı Malik İsaqov həmçinin 15 iyun Milli Qurtuluş günü münasibətilə rayon ictimaiyyətini təbrik etdi və Azərbaycanın müstəqillik tarixinin ilk illərində cərəyan edən ictimai-siyasi proseslər haqqında danışaraq, o zamankı rəhbərlərin səriştəsizliyi və naşılığı üzündən dövlət müstəqilliyimizin təhlükə ilə qarşılaşdığını qeyd etdilər. Bildirildi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ölkəni parçalanmaqdan xilas etdi. Suverenliyin itirilməsinə aparan bütün təhlükələr aradan qaldırıldı. Tarixi əhəmiyyətli beynəlxalq layihələr həyata keçirilərək Azərbaycanın inkişafının təməli qoyuldu.
Çıxışlarda qeyd olundu ki, hazırda Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Bildirildi ki, 44 günlük Vətən müharibəsi ərzində Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edildi. Qubadlı rayonu 25 oktyabr 2020-ci ildə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunmuşdur. 44 günlük Vətən müharibəsində qəhrəmanlar içərisində canından və qanından keçən Qubadlı rayonundan 11 şəhid və 40-dan çox yaralı öz adlarını tarixə yazdılar.
Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi. Azərbaycan Silahlı Qüvvələri 44 günlük müharibə zamanı əsl vətənpərvərlik və qəhrəmanlıq göstərdi, düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək Qələbə qazandı və tarixi ədalət bərpa olundu.
Sonda məzunların və şagirdlərin ifasında rəqslər nümayiş olundu, şeirlər səsləndi, mahnılar ifa olundu. lent.az

Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar