Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Hamısı 700 bal toplasa da, tələbə ola bilməyəcəklər..." - AÇIQLAMA

Tarix: 11-06-2022 12:49     Baxış: 3349 A- / A+


"Məktəblərdə 5 alan şagirdlərin 70% attestat imtahanında qiymətləri doğrulda bilmir".
Manevr.az xəbər verir ki, bunu sfera.az-a açıqlamasında təhsil məsələləri üzrə ekspert Kamran Əsədov deyib. O, orta məktəbi bitirən bütün şagirdlərin tələbə adını qazanma şansının olmadığını deyib: "Bu il orta ümumi məktəblərimizi 85 minə yaxın şagird bitirir. Hər il rayonlar və Bakı üzrə məzunlar arasında ali məktəblərə qəbul olmayan kifayət qədər məktəblilər olur. Bakıda 2021-ci ildə 152 saylı orta məktəbin bir məzunu belə ali məktəbə qəbul olmamışdı. Biz bunu Masallının bir neçə kəndinə də şamil edə bilərik.
 
Lakin bu, tədrisin göstəricisi hesab edilə bilməz. Tədrisin göstəricisi buraxılış imtahanında xüsusən əsas fənlərin qiymətləri ilə hesablana bilər. Təhsil standartlarına görə, orta məktəblərin əsas məqsədi vətəndaş yetişdirmək və onlarda minimum biliklərin formalaşdırılmasıdır. Bu, o demək deyil ki, orta məktəbdə oxuyan hər kəs ali məktəbə qəbul olmalıdır. Bu, prinsipcə mümkün deyil. Çünki orta məktəbləri 85 min şagird bitirir, lakin ali məktəblərin qəbul planı 47 mindir. Yəni bütün şagirdlər 700 bal toplasa da, onların hamısı tələbə ola bilməz". Ekspert orta məktəblərdə müəllimlərin tədrisi düzgün təşkil etmədiyini qeyd edib.
 
K.Əsədov ölkədə 50 faiz məzunun tələbə adı qazana bildiyini deyib: "Tədrisin keyfiyyətini ölçən məsələ buraxılış imtahanlarının nəticələridir. Bu isə bizdə qənaətbəxş hesab olunmur və ölkədə təhsil sisteminin vəziyyətindən heç kim razı deyil. Bu gün hamı deyir ölkədə təhsil sistemi batıb. Lakin baxaq, batan nədir? Şagirdlər məktəbə gedirsə, yazıb oxuyursa, demək ki, təhsil var. Bizim başqa gözləntimiz nədir? Gözləntimiz ali məktəbə qəbul sayıdır. Türkiyədə orta məktəb məzunlarının yalnız 10 faizi ali məktəblərə qəbul ola bilir. Lakin Cənubu Koreyada 85 faiz məzun ali məktəbə daxil olur. Azərbaycanda isə orta məktəb məzunlarının 50 faizi növbəti təhsil pilləsinə gedə bilirlər.
 
Dövlət İmtahan Mərkəzi kifayət qədər obyektiv imtahan keçirir. Orta ümumtəhsil məktəblərində müəllimllər tədrisi düzgün təşkil etmədiyi üçün uşaqlar buraxılış imtahanında yaxşı nəticə göstərə bilmirlər. Uşaqlar məktəbdə görmədiyi test nümunələrini imtahanda görür və sualları cavablandıra bilmirlər.
 
Yaxşı olardı ki, DİM-in cavab kartları nümunələri məktəblərdə işlənilsin. İmtahanda məqsəd həm də şagirdlərin bacarıqlarının yoxlanılmasıdır".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar