Xəbər lenti
Bağça müdiri və aşpaz cəzalandırıldı: Səbəb
Manevr.az xəbər verir ki, bu barədə Dağlıq Şirvan Regional Təhsil İdarəsi məlumat yayıb.
Qeyd olunub ki, Şamaxı şəhər 3 saylı bağçasında tərbiyəçinin uşağın saçının dartılması ilə bağlı sosial mediada yayılan görüntüyə əsasən İdarə müvafiq araşdırma aparıb:
"Araşdırma zamanı bağça müdirinin, tərbiyəçinin, aşpazın və uşaq Gülarə Əsədovanın (ad və soyad şərti verilir) valideyninin izahatları alınıb. İzahatlardan müəyyən edilib ki, çəkiliş bağçada uşaqlardan birinin ad gününün qeyd edilməsi zamanı baş verib. Tədbir zamanı aşpaz tortu otağa gətirib və bu zaman torta yaxınlaşan uşağın saçından arxaya doğru çəkib. Bağça müdiri aşpazın izahatını alıb və ona sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilib. Aşpaz hadisənin istəmədən baş verməsini bildirib və buna görə üzr istəyib. G.Əsədovanın valideyni izahatında heç kimdən, o cümlədən aşpazdan da şikayəti olmadığını bildirib. Bağçanın müdirinə əmək funksiyasını yerinə yetirərkən yol verdiyi nöqsanlara görə xəbərdarlıq edilib".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar