Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda İLK DƏFƏ - İmtahanlardan 6 min şikayət var

Tarix: 01-06-2022 18:03     Baxış: 4404 A- / A+
Azərbaycanda İLK DƏFƏ  - İmtahanlardan 6 min şikayət var

“İlk dəfə bu il 6 min şagird imtahan nəticələrindən narazılıqlarını bildirib. Bunun səbəbi də imtahanı təcrübəsi olmayan tələbələrin yoxlamağıdır”.
Manevr.az xəbər verir ki, bu sözləri Lent.az-a təhsil eksperti Kamran Əsədov deyib.
Bu il 9-cu və 11-ci sinif şagirdlərindən bir çoxu buraxılış imtahanının nəticələrindən narazı qalıb. Situasiya tipli sualların qiymətləndirilməsindən narazı olan şagirdlər apelyasiyaya şikayət verib. Belə ki, ümumilikdə bir imtahan üzrə 6 min şagird apelyasiyaya müraciət edib.

Maraqlıdır, nəticələrdən bu qədər narazılıqların səbəbi nədir?

İmtahan nəticələrindən narazılıqların səbəblərini açıqlayan təhsil eksperti vurğulayır ki, yoxlama zamanı bəzən biliyin qiymətləndirmə meyarlarına düzgün riayət edilməyib:
“İlk növbədə qeyd edim ki, cari ildə 9 və 11-ci siniflər üçün keçirilən buraxılış imtahanları kifayət qədər ciddi narazılıqlara səbəb olub. Belə ki, imtahanların keçirilməsindən sonra situasiya tipli test tapşırıqlarının yoxlanılmasında ciddi qüsurlar ortaya çıxıb. Öncədən müəyyənləşdirilən standartlar və meyarlar yoxlayanlar tərəfindən müvafiq yanlışlığa yol verilib. İlk dəfə bu il 6 min şagird imtahan nəticələrindən narazılıqlarını bildirib. Təbii ki, imtahanların yoxlanılmasına təcrübəsiz tələbələrin cəlb edilməsi öz mənfi təsirini göstərib. Tələbələr müəllimlərdən fərqli olaraq yoxlama zamanı bəzən biliyin qiymətləndirmə meyarlarına düzgün riayət etməyiblər”. 
O, markerlərin çox pul qazanmaq üçün nəticələri sürətlə yoxladığını bildirib:
“Bu gün ali təhsil müəssisənin 4-cü kursda oxuyan tələbə qəbul imtahanı yoxlamaq imkanına malik deyil. Düzdür, DİM onları müəyyən təlimlərə cəlb edib, meyarları izah edir. Amma reallıq odur ki, onlar qısa müddətdə zəruri məlumatlara yiyələnə bilmirlər. Çünki imtahanlarda müxtəlif növ test tapşırıqlarından istifadə edilir. Marker müəyyən edilmiş vaxt ərzində bəzən daha çox pul əldə etsin deyə cavabları sürətlə yoxlayır, meyarlara baxmadan qiymətləndirir. Çünki DİM hər yoxlanılan testə görə vəsait ödəyir. Hesab edirəm ki, bu yanlış addımdır. Yoxlama prosesinə mütəxəssislər cəlb edilməlidir. 
Bununla yanaşı, bu ilin buraxılış imtahanları onu göstərdi ki, biz situasiya tipli tapşırıqları çıxarmalıyıq. Yoxlama prosesində insan faktoru olacaqsa, yəni insanın subyektiv qiymətləndirilməsi tətbiq edilsə, bir mənalı şəkildə nəticələrdə mənfi hallar olacaqdı. Buna görə də situasiya tipli suallar çıxardılmalıdır. Bunlar tələbələrə ehtiyac olan balın aşağı düşməsinə gətirib çıxarır”.   
Bu da belə... Kimdir müqəssir?

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar