Xəbər lenti
Türkiyədə təhsil alan və təqaüdə layiq görülən 150 tələbənin adı açıqlandı
“Palmali” Şirkətlər Qrupunun Türkiyədə təhsil alan azərbaycanlı tələbələr üçün elan etdiyi “Təqaüd Programı” üzrə seçim başa çatıb. Beləliklə, “Palmali”nin təqaüd verəcəyi 150 azərbaycanlı tələbənin adı artıq bəllidir.
Qeyd edək ki, tələbələrin müraciətləri 15 mart – 31 aprel tarixlərində qəbul olunmuşdu. Azərbaycandan olan 1000 nəfərə yaxın tələbə təqaüd və təhsil haqlarının ödənməsinə kömək göstərilməsi, sosial vəziyyətlərinin çətin olması ilə bağlı şirkətə müraciət etmişdi. Belə ki, secilənlərin böyük əksəriyyəti Türkiyənin müxtəlif dövlət universitetlərində təhsil alan azərbaycanlı tələbələrdir. Tələbələr təqaüdlə bağlı bundan sonrakı prossesi https://palmaliegitim.com/teqaud-qazananlar/ linkindən təqib edə biləcəklər. Vurğulamaq lazımdır ki, bu sosial layihə demək olar, hər il qardaş ölkənin müxtəlif təhsil ocaqlarında təhsil alan azərbaycanlı tələbələri əhatə edir.
Hazırki seçim əvvəlki təhsil ilini yüksək bal və dərəcələrlə başa vuranlar, şəhid ailəsi üzvü olanlar, Qarabağ müharibəsi qazilərinin yaxınları və ağır maddi durumda olan ailələrin övladları arasında aparılıb.
Təqaüd qazanan bütün tələbələr müraciət etdikləri mail vasitəsi ilə iyun ayının 1-də “Palmali” Şirkətlər Qrupunun Baş Ofisinə dəvət olunacaq və şirkət rəhbərliyi tərəfindən sertifikatlar təqdim edildikdən sonra tələbələrlə müqavilə imzalanacaq.
Bundan başqa, “Palmali” təqaüdünü qazanan bir neçə tələbəyə şirkətdə təcrübə keçmək imkanı yaradılacaq. “Palmali” Şirkətlər Qrupu 2022-2023 tədris ili üçün təqaüd qazanan tələbələri təbrik edir və təhsillərini uğurla başa vurub vətənə faydalı və peşəkar mütəxəssis olmalarını arzu edir.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar