Sizin Reklam Burada
Xəbər lenti
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Tehranda əlverişsiz hava şəraiti məktəblərin fəaliyyətini dayandırıb

Tarix: 09-05-2022 10:36     Baxış: 4253 A- / A+



İranın paytaxtı Tehranda havanın çirkliliyinin 201 mikroqram/kubmetr səviyyəsinə yüksəlməsi səbəbindən uşaq bağçaları, ibtidai məktəblər və əlillər üçün özəl məktəblərin fəaliyyəti dayandırılıb.
AZƏRTAC “Haberqlobal”a istinadla xəbər verir ki, Tehran merinin müavini Abid Mələki qeyri-sabit hava şəraiti və havanın çirklənməsinin kritik səviyyəsinə görə ölkədə fövqəladə vəziyyət elan olunduğunu deyib. Mələki əlverişsiz hava şəraitinə görə uşaq bağçaları, ibtidai məktəblər və əlillər üçün xüsusi məktəblərin bağlandığını bildirib.
Yaşlılara və xroniki xəstəliyi olanlara məcbur olmadıqca çölə çıxmamaları barədə xəbərdarlıq edilib.
Qeyd edək ki, Tehran dünya şəhərləri arasında havanın çirklənməsinı reytinqdə 12-ci yerdədir. Şəhərin hava sirkulyasiyası üçün yararsız yerləşməsi, nəqliyyatın sıxlığı, köhnə maşınlar və çox istifadə edilən motosikletlərdən çıxan işlənmiş qazlar Tehranda havanın çirklənməsini artıran amillərdən hesab edilir. Tehran sakinləri də şəhərdəki havanın çirklənməsindən əziyyət çəkirlər. Onlar nə vaxtsa bu problemin həll olunacağını gözləyirlər.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar