Xəbər lenti
Doktoranturaya sənəd qəbulunun vaxtı uzadıldı

Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesinin vaxtı uzadılıb.
Manevr.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, proses 10 may saat 23.59–da bitəcək. Fəlsəfə doktoru hazırlığı üzrə doktoranturaya qəbul olmaq istəyən şəxslər (dissertantura daxil olmaqla) xarici dil imtahanında iştirak üçün portal.edu.az səhifəsində "Şəxsi kabinet” açmalıdır. Namizədlər "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidməti vasitəsilə qəbul olmaq istədiyi və eyni zamanda "Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş təhsil müəssisəsinə müraciət göndərməlidirlər. Nəticə olaraq müraciət göndərilən müəssisə tərəfindən "İmtahana buraxılış” statusu təyin edilərək müraciətçilərin "Şəxsi kabineti”ndə əks olunacaq. Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək xarici dil imtahanına "Şəxsi kabinet”ində "İmtahana buraxılış” statusu təyin edilməmiş şəxslər buraxılmayacaq.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar