Xəbər lenti
Azərbaycanlı tələbə eyni vaxtda üç universitetdə təhsil alacaq - VİDEO

Eyvaz Əhmədzadə adlı azərbaycanlı gənc eyni anda 3 avropa ölkəsində-Fransa, Böyük Britaniya, həm də İsveçdə ali təhsil alacaq və sonda 3 fərqli universitetin diplomunu qazanacaq. Onun bu işin öhdəsindən necə gələcəyini düşünənlər isə eyvaza qibtə ilə yanaşırlar...
20 yaşlı Eyvaz Əhmədzadə eyni anda 3 Avropa ölkəsi- Fransa, Böyük Britaniya və İsveçdə ali təhsil alacaq.
Eyvaz deyir ki, hər 3 ölkənin universitetində eyni anda təhsil alacaq. Yəni 1-ci semestr Fransada, 2-ci semestr Böyük Britaniyada, 3-cü semestri İsveçdə oxuyaraq,4-cü semestrdə magistr layihəsi üzərində çalışacaq. Bundan başqa o hər semestr arası digər Avropa ölkələrində 2 yay məktəbinin iştirakçısı da olacaq. Ümumilikdə 6 ölkədə təhsil alıb, 3 diploma yiyələnəcək Eyvazın ixtisası isə "Yaşıl Şəbəkə və Bulud Hesablamaları Texnologiyalarıdır".
Azərbaycanlı tələbə deyir ki, o Azərbaycan-Fransız universitetinin məzunudur. Həm Fransız , həm də İngilis dilini yaxşı bilən Eyvaz İsveç dilini də öyrənəcəyini bildirdi.
Azərbaycanlı tələbənin sözlərinə görə, onun müraciət etdiyi ixtisasa hər il dünya üzrə 700-800 müraciət olur ki, nəticə olaraq 20-30 nəfər qəbul olunur.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































