Xəbər lenti
Afət Viləşsoy:"Ağ vərəq kimiyəm, ağ kağız kimi, bir kəlmə nöqtə qoy yarımcan ömrə..."

"...Gəl otur üz-üzə, üzün gəlirsə,
Yarı ölüm ömrə, yarı can ömrə..."
Manevr.az Afət Viləşsoyun yeni şeirini təqdim edir:
***
Kim bilir, nə gedib, nə qalır axı
O qovan ömürdən bu qaçan ömrə.
Gəl otur üz-üzə, üzün gəlirsə,
Yarı ölüm ömrə, yarı can ömrə.
Dörd divar içində sıxılıb ölüm,
Gözü yollarına burxulub ölüm,
Yaşım da çatmır ki, yıxılıb ölüm,
Yazığım da gəlir haracan ömrə.
Ağlımın-fikrimin yalnız sakini,
Yalansız "kimsə"si, yalansız "kim"i,
Ağ vərəq kimiyəm, ağ kağız kimi,
Bir kəlmə nöqtə qoy yarımcan ömrə.
Afət Viləşsoy
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar

































