Sizin Reklam Burada
Xəbər lenti
14-07-2024
BÜTÜN XƏBƏRLƏR

Səmimiyyətdən yoğrulan şeirlər - Təranə Dəmir yazır

Tarix: 27-06-2024 21:48     Baxış: 3210 A- / A+
                                            Təranə Dəmir

Bu dəfə  bir az  fərqli  baxmaq  istədim  çox  sevdiyim sözə...
Həmişə  ərkyana  döydüyüm  qapıya  bir  ayrı  məqamla  gəlmək  istədim  bu  dəfə.  Dostluğu,  yoldaşlığı  da  qoydum  bir  kənara. Sözün  işığı   çağırdı  məni.  Axı  külün  altında  qoru  görənlərdənəm. Odu  söndürüb  külüylə  oynayanları  sevmirəm. Ürəyimin  istisinə   bütün  dünya  qızına  bilər  deyə  elə  bütün  ürəklərin  də  günəş  tərəfində  dayanmaq  istəmişəm  həmişə. Sazaq  mənlik  deyil.
..Zaur  Ustac  ürək  qızdırdığım  ,  günün hansı  vaxtında  olur  olsun ərklə  qapısını (simvolikdi) çaldığım  dostlardandı.   Baxmayaraq  ki,   dostluğumuzun   yaşı  elə  də  çox  deyil, bununla   belə  aramızda  min illik  hörmətimiz  və  ehtiramımız  var.  Arxalandığım  şair  həmkarlarımdandı.  Sözündən  tanıyıram. Hər  yazar  özünü  sözüylə ələ  verir.  Zaur  Ustacın  sözü   heç vaxt  adamı  incitməz. Qorxar  incitməkdən.
 Şairliyi  də  özünə  bənzəyir  . Hay -küysüz,  utancaq.. 
Adam  onun  böyük  səmimiyyətindən utanar. Göndərdiyimiz  bütün materialları  öz  balası  kimi əzizlər, qoruyar , muğayat  olar.  Hələ  ürəkdolusu  minnətdarlığı  ilə  adamı  özünə  borclu  etməyi  də var.
Bu da  Zaur  Ustacın  böyük  ürək  sahibi olmasından irəli  gəlir. Bunu  təkcə mən  demirəm. Zənnimcə  onu  tanıyan  hər  kəs  mənim  dediyimlə  razılaşar.  Bu ürəklə yaşamağa  nə var ki..
Layk  ( bəyənmə) azarkeşi  deyil. Öz  hücrəsində  ,  öz  səssizliyindədi  həmişə. Sakitliyində  də özüdü.  Kiməsə  bənzəməyi  də sevməz. Qəribə  nizam -intizamı  var. Verdiyi  sözü  həmişə  tutar. Bəlkə  bu  onun  vaxtilə  ordu sıralarımızdakı  xidmətindən  irəli  gəlir. Axı  uzun illər  Zaur  Ustac   vətənə  sədaqətlə  xidmət  edib. Bəlkə  sözə  bu qədər  sadiqliyi  də  burdan  başlayır  :
 
Yurdumun  dörd  yanını
Hürr  görmək  istəyirəm  
- deyən  şairin arzuları    yavaş -yavaş  çin  olur..  
Bundan  böyük  ,  müqəddəs  arzumu  var? 
Kim  bilir  adam  bu arzuya  çatmaqçun  neçə  qat  göynəkdən  keçib bu  çağacan:
 
Vətəndə  əbədi  nəğməyə  döndün ,
Xudayar , zəfərli  çağın mübarək  ...
Payızda  Vətənə bahar  gətirdin,
Şəhadət  ətirli  bağın  mübarək.
 
Bu  sətirlərdə  sevinci  dolu - dolu  yaşaya  bilməyən   şair  ürəyinin  həsrətini  duyursan.. 
Olumla  ölümün,  həqiqətlə  yalanın mübarizəsində  İlahi  qələbənin  nəfəsi  duyulur  bu  sətirlərdə.  Bu qalibiyyətdən ,  bu  zəfərdə   şairin    də böyük  payı  var.  Qanın , qadanın  içindən  keçmiş  qalibiyyət  özü  də..Amma özü  bu  narahatlığından  heç  nə  demir.   Sadəcə   yazır.  
Ütüsüz,   boyasız,  rəngsiz.  Ağ -qara   yazılarında   bir  özüdü,  bir  də  çox  sevdiyi  azadlığı. 
 
Üstündən  yüz  Araz  axsın
Torpaq  bizim  torpağımız.
Güney,  Quzey --fərq  eləməz,
Oylaq  bizim  oylağımız.
 
Canı  torpaq,  amalı  bütöv  Azərbaycandı  Zaur  Ustacın. Tanrı  muradını  versin.
Bütün yazılarına  ürək  qoyan  yazardı. Hər  sətrində  qəlbinin  odunu,  alovunu  duyursan.  Şeirlərində  qızına  bilirsən  şairin. Bu  da bir  ayrı   bəxtəvərlikdi.
 
"Dünya  bir  pəncərədir", pəncərən  olsa, qardaş,
De  ,  heç  vaxtın  oldumu ,  pəncərədən  baxmağa
 
 -deyir  Zaur  Ustac.
 
Yorğunluğunu  sözündən  tutursan Zaurun. Zamanı  qova-qova  ömrünü  yarılamış  şair  dincəlməyə  vaxt  tapmasa da  qələmi  yerə  qoymur.
 Onun şeirləri  əhvaldan  doğan  şeirlərdi. Ağına,  bozuna  baxmadan  yazanlardandı  həm də.  Söz  əhvalının  hansı  səmtinə  tuş  gəlirsə  elə də yazır. Əsas  odu ki,  hamısında   qəlbinin  çırpıntıları  var.  Əsl  şeirlər  də  səmimiyyətdən  doğan  şeirlərdi.
 
Gəzdim  qarış-qarış  doğma  torpağı,
Hər  dağda , dərədə izim  var  mənim.
Həkə  keçilməmiş  uca  dağların 
Uca  zirvəsindı  gözüm var  mənim! 
 
Vətənə  əsgər  sevgisi  var  bu  sətirlərdə. Üstəgəl  vətəndaş  sevgisi. Əsas  ürəyindən  keçənləri  dilə  gətirməkdi. Bir  də  söz  deməyə  cəsarət  də  lazımdı.  Şeir  cəsarətlə yazılmalıdı. Sözü  buxovlamaq  olmaz. 
Bəzən  baxarsan ki,  bir   şeirin  gözü, qaşı,  əli, ayağı--hər  şeyi  yerindədi. Amma  bircə ruhu yoxdu. Mən belə  şeirlərə  ölü  şeirlər  deyirəm. Amma  Zaur  Ustacda    həmişə  bir  cəsarət  görürəm. Düşündüyü  kimi  yazır. Sözü  boyamır. Fikrini  birbaşa  deyir. Tənqiddən  də  qaçmır. Bilir ki,  uğura  gedən  yol tənqiddən  keçir.  Əlbəttə  əsl  tənqiddən. Qərəzdən  uzaq . 
Zaur  Ustacın  bir  "Yazarlar"  yükü  də var. Yazılarımızı  onun rəhbərlik  etdiyi  jurnalın  səhifələrində  görmək  xüsusi  zövq  verir  bizə.  Çox  vaxt  özümüzdən  xəbərsiz dərc  olunuruq. Bu sarıdan  da  böyük  ürəyi  var  Zaur Ustacın.  Çalışqanlığı  və  yeniliyi  ilə  seçilənlərdəndi. Həm  də   sözə   məqsədsiz  yanaşanlardan.   
Zaur  Ustac  özünə  və  sözünə  arxalanan  yazardı. Tanrı  qorusun!
Bu yazı da  belə  doğuldu.  Birnəfəsə .  Boyasız,  bərsiz,  bəzəksiz. Elə  şairin  özü  və  sözü  kimi...

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    İyul 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar