Xəbər lenti
Efirdə Sarkisyana görə ana söyüşü – Yezidi kürdlə erməni əlbəyaxa oldu
Hakimiyyətyönlü bloqer Harutyun Mkrtçyanla yezidi kürd əsilli müxalif jurnalist Boris Murazi arasında başlayan söz mübahisəsi ana söyüşü və əlbəyaxa dava ilə nəticələnib.
Hadisə Ermənistan İctimai Televiziyasının “Böyük debat” proqramının çəkilişi zamanı baş verib. Noyabrın 13-də qeydə alınan qalmaqallı buraxılış noyabrın 15-də efirə verilib.
Mübahisə zamanı Harutyun Mkrtçyan jurnalist Boris Murazinin ünvanına ağır ittihamlar səsləndirib. O, jurnalistin keçmiş prezident Serj Sarkisyanla bağlı şəxsi münasibətlərinə dair təhqiramiz ifadələr işlədib.
Murazi bu sözlərə sərt reaksiya verərək qarşı tərəfdən özünü ədəb çərçivəsində aparmağı tələb edib. Lakin mübahisə daha da kəskinləşib.
Mkrtçyan jurnalistin atasını, ardınca isə anasını təhqir edib. Bundan sonra hər iki şəxs yerlərindən qalxaraq bir-birinin üzərinə hücum edib və studiyada yumruqlaşma başlayıb.
Hadisəyə televiziya əməkdaşları və təhlükəsizlik xidməti müdaxilə edib. Buna baxmayaraq, tərəflər qarşılıqlı təhqirləri davam etdiriblər. Aparıcı Petros Qazaryan yaranmış vəziyyətə görə proqramı dayandırmaq məcburiyyətində qalıb.
Boris Murazi “Hraparak” nəşrinə açıqlamasında qarşı tərəfi dəfələrlə xəbərdar etdiyini bildirib. Jurnalistin sözlərinə görə, Mkrtçyan bütün xəbərdarlıqlara baxmayaraq, təhqirlərini davam etdirib.
Murazi baş verənləri adi dava hesab etmədiyini, qarşı tərəfin davranışına cavab verdiyini söyləyib.
Boris Murazi yezidi kürd əsilli Ermənistan vətəndaşı, müxalif jurnalist və ictimai-siyasi fəaldır. O, 23 aprel 1990-cı ildə Ermənistanın Ararat vilayətində anadan olub. Politik.am saytının baş redaktoru olan Murazi uzun illər yezidilərin hüquqlarını müdafiə edən “Sinjar” təşkilatına rəhbərlik edib.
Murazi Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətini sərt tənqid edən şəxslərdən biridir. O, müxalif “Ana Ermənistan” siyasi hərəkatının siyasi şurasının üzvü kimi də fəaliyyət göstərib. Jurnalist 2025-ci ildə Paşinyanın həyat yoldaşı Anna Akopyana qarşı məhkəmə iddiası qaldırıb.
Harutyun Mkrtçyan isə Facebook-da canlı yayım açaraq jurnalistlə mübahisəsinin yumruqlaşma ilə nəticələndiyini təsdiqləyib.
Hadisə ilə bağlı əlavə qalmaqal da yaranıb. Ermənistandakı “Sinjar” ictimai təşkilatı Boris Murazinin milli mənsubiyyətinə görə hədəfə alındığını bəyan edib. Təşkilat jurnalistə qarşı sosial şəbəkələrdə səsləndirilən etnik xarakterli təhqirləri pisləyib. musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

İqtisadiyyat
Şou-biznes
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































