Xəbər lenti
m
5) SUAL: Namiq, sən bütün varlığınla doğma torpağa, kökə bağlı olan insansan. Yaradıcılığındakı sarsılmaz qan bağını poeziyanda, yazdığın hər sətirdə aydınca görürük. İllərlə yurd həsrəti çəkmisən və çiyinlərində daşıdığın böyük nisgili şeirlərinə misra-misra toxumusan. Əsərlərin sadəcə bir şairin xəyalları deyil, hər kəlməsində Kəlbəcər qoxuyan, o uca zirvələrin ətəyində illərlə növbə gözləyən canlı yaddaş abidəsidir. Bu gün isə həmin nisgilli sətirlərin, intizar dolu şeirlərin özü də böyük köç karvanına qoşulub azad torpaqlara, doğma yurdun qucağına geri qayıdır. Hər kəsə məlumdur ki, Kəlbəcər sadəcə füsunkar coğrafiya deyil, həm də zəngin ədəbi məktəb, sözün müqəddəs ocağıdır. Şair və yurd övladı olaraq necə düşünürsən; dağların təbiətindən, havasından, yaddaşından və insanının mənəvi ruhundan gələn hansı gizli qüvvə sözü orada bu qədər doğmalaşdırıb, Kəlbəcəri şairlər məskəninə çevirib? Bu ədəbi mühit bu gün necə yaşayır, gənclər arasında ənənəni davam etdirən istedadlar yetişirmi və illər sonra reallaşan tarixi qayıdış çağdaş poeziyamıza hansı yeni nəfəs və fərqli fərqli ruh gətirə bilər?
-CAVAB: Mənsurə xanım, sualı o qədər səmimi, gözəl və geniş qurmusan ki, nə desəm, bu sualın kölgəsində qalacaq. Oxucu bütün dadı-duzu elə sənin sualından alacaq. Sadəcə, bəzi əlavələrim var.
Mən bunu həmişə deyirəm: doğma yurdlarımızın işğalı, 30 il düşmən nəzarətində qalması hər bir Azərbaycan vətəndaşına təsir etdi. Bu, hamımızın itkisi oldu. Ancaq yaradıcı adamlar bunu bir az da artıq, fərqli ağrı ilə yaşadılar. Çünki biz hər gün bu ağrıların incələnməsi ilə məşğul olduq. Hər sözümüz, hər yazımız, hər çıxışımız bu dərdin ruhuna kökləndi. Mən də bala vətəni yağı tərəfindən yağmalanmış bir yurd övladı kimi həmin ağrıların mərkəzində, necə deyərlər, mətbəxində oldum.
Bu gün həmin ağrılı günlər geridə qalsa da, heç nə unudulmur. O dərd iliyimizə, sümüyümüzə qədər işləyib. Hazırda doğma yurda qayıdış davam edir. Evlər də tikiləcək, bağlar da salınacaq, ancaq əvvəlki Kəlbəcərin yeri görünəcək. Çünki yurd təkcə ev-eşikdən ibarət deyil. Onun yaddaşı, ruhu, insanı, bir də illərin bizdən apardığı, geri qaytarılması mümkün olmayan yaşantıları var.
Əslində, ədəbiyyatı, yaradıcılığı hansısa bölgənin inhisarında saxlamağın, onu qohumluq, dostluq, yerliçilik, bölgəçilik və bölməçilik prinsipləri ilə dəyərləndirməyin əleyhinəyəm. Sözün sərhədi, şairin isə bölgəsi olmamalıdı. Amma Kəlbəcərin gözəlliklərini elə sadaladın ki, sualının bəzi cavablarını özün də vermiş oldun.
O gözəlliklər diyarında söz də gözəl olmalıdı. Şairlər də arılar kimi gül-çiçəkdən şirə çəkir, əzəmətli dağlardan ilham alır, sonra da bütün bunları öz istedadının süzgəcindən keçirərək gözəl bir məhsula çevirirlər. Təbii ki, təkcə təbiət gözəlliyi ilə şair yetişmir. O gözəlliyi görmək, duymaq, onunla ruhən doğmalaşmaq və gördüklərini sözə çevirmək istedadı da lazımdı.
Dünənlə işim yoxdu, bu günə baxıram. Bu gün Kəlbəcər ədəbi mühiti başqa bölgələrimizin ədəbi mühitlərindən elə də seçilmir. Açığı, ortada bəzən təqdim olunduğu qədər güclü, fərqli bir ədəbi mühit də yoxdu. Yəni məsələni şişirtməyə ehtiyac görmürəm. Ümumi ədəbi axına qoşulmuşuq, asta-asta addımlayırıq. Səmimi olmayan münasibətlərə, bəzi hallarda müştəbəhliyə, özündənrazılığa da rast gəlinir. Bununla belə, özünü də, sözünü də təsdiq edən, istedadı ilə seçilən yaşlı, orta və gənc nəslin nümayəndələri var. Bu da ümidvericidir.
Mənə elə gəlir ki, ən gözəl şeirlərimizi Kəlbəcərə qaçaqmalçılar kimi gedib-gələndə yox, orada məskunlaşanda yazacağıq. Dağlara, çəmənlərə, çiçəklərə, kəpənəklərə, arılara yenidən tam doğmalaşanda, onların nazını çəkəndə, hər səhər həmin havanı udanda, hər axşam o mənzərələrlə baş-başa qalanda... Onda yurdun gözəlliyi təkcə xatirələrimizdən yox, gündəlik həyatımızdan süzülüb şeirə gələcək. İndi, necə deyərlər, məşq eləyirik. Əsl poeziyanın böyük qayıdışı, bəlkə də, hələ qabaqdadı.
Şairlərin bu gün necə yaşamasına gəlincə, deyəsən, məndən əvvəl kimsə deyib ki, bu məmləkətin şairləri it günündə yaşayır. Doğrudan da, şairin dolanışığı, cəmiyyətdəki yeri, dəyəri ürəkaçan deyil. Aralarında xırda məmur vəzifəsində işləyənlər də var, şükür, onların dolanışığı ömrünü ictimai əsaslarla sözə, sənətə, ədəbiyyata həsr edib özünü bu yolda əridənlərinkindən bir qədər yaxşıdır. Nə yaxşı belədi...
Həm də şairin dövrü-zadı yoxdu. Şair Allahın özünə də müxalif yaranıb. Razısı az olur. Bəlkə də, elə buna görə şair həmişə narazıdı: gördüyü ilə görmək istədiyi, yaşadığı ilə yaşamaq istədiyi dünya arasında fərq var. O fərq ki, bəzən adamın içində dərd, bəzən etiraz, bəzən də şeir olur.

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Kriminal
Yazarlar
Əkbər QOŞALI
İlqar İlkin
Rəfail TAĞIZADƏ
-Afət Möhbalı
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Təqvim
| « Noyabr 2026 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | ||||||
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar