Sizin Reklam Burada
Xəbər lenti
30-10-2025
29-10-2025
BÜTÜN XƏBƏRLƏR

A

Tarix: 07-09-2025 16:44     Baxış: 25 A- / A+
Aqil dost (düzəlişlə)

Elimizin-obamızın gözəl şairi Namiq Dəlidağlı dəyərli bir kişinin layiqli övladıdır. Allah rəhmət eləsin dünyasını dəyişən atalara. Namiqin atası rəhmətlik Talış müəllim bizim ağsaqqalımız, yol göstərənimiz, tərbiyə, təhsil verən savadl, sanballı kişi idi. Onun oğlu əlbəttə, Namiq kimi istedadlı, bacarıqlı, alicənab olmalı idi.
Biz Namiqlə tay-tuş olmuşuq, uşaqlıq, gənclik illərimiz bir yerdə keçib, saysız-hesabsız uşaqlıq xatirələrimiz var. Namiq çox diqqətli, məsuliyyətli və münasibətləri dəyərləndirən bir insandı. Onun öz dünyası var, məişətdən uzaq, mənən  zəngin dünya. Əminəm ki, Namiq o illərin xatirələrini həssaslıqla qoruyur. 
"Əmioğlu" ifadəsi biz tərəflərdə müraciət formasıdır. Hansı ki, insanlar arasındakı yaxınlığı, mehribanlığı əks etdirir. Ancaq Namiq mənə həqiqətən əmim oğlu qədər doğmadır, qardaş kimidir. Məlum işğal illəri, düşmənin amansızlığı bizi pərən–pərən saldı. Hərəmiz bir yerdə məskunlaşdıq. Amma heç nə bizim dostluğumuza mane olmadı. Fərqli məkanlarda yaşasaq da aramızdakı doğmalıq bağları qopmadı. Deyir, yaxın qonşu uzaq qohumdan yaxşıdır. Kəndlərimiz ayrı olsa da yaylaqda qonşu olmuşuq, Namiqin anasını ana, bacılarını bacı bilmişəm. Eləcə də, Namiq mənim doğmalarımı əziz tutub, xoş münasibət göstərib. Qonşu olmağımız dost kimi daha da yaxınlaşmağımıza yol açırdı. Mehriban idik, ailə üzvlərimizlə qaynayıb-qarışmışdıq. O vaxtlar bəlkə də adi görünən ən xırda detallar belə indi xatirə kimi insanı kövrəldir. Mal-qaramızı bir dam altda saxlamışıq, divarımız bir olub.  “Qurdlu bulağın üstü” deyilən əraziyə  Namiqgillə biz düşürdük... Ən gözəl illərimiz o illər imiş, sonralar biləcəkdik. Bir yerdə keçirdiyimiz qayğısız uşaqlıq, yeniyetməlik illəri...    

Hərbi xidmətdə olanda da unutmadıq bir-birimizi. Məktublaşdıq, şəkillər göndərdik bir-birimizə. Nədənsə br hiss mənə deyir ki, Namiq hələ də o şəkilləri saxlayır. Çünki onu elə tanıdım, dost adına sadiq. Əsgərlikdə olanda indi iki bəndini xatırladığım şeir də yazıb gödərmişdu mənə:

Ən gözəl vaxtıdı bizim yerlərin,
o dağlar gül-çiçək açıbdı, qardaş.
Bənövşə özünü naza çəkərək,
ətrini hər yana saçıbdı, qardaş. 

Eh ayrılıq bir dağ çəkdi sinəmə,
di, yaxmac ver, yalvaraydım nənəmə,
qoyun-quzu yayılıbdı çəmənə,
camaat yaylağa köçübdü, qardaş. 

Xatırladıqca, nostalji hisslər bürüyür insanı. Darıxan vaxtında dostdan belə bir  şeir gələ və xəyalən səni o yerlərə apara. Şeir o qədər canlı təsvirlidi ki, kövrəlməmək mümkün deyildi. Elə indi də...
Namiq istiqanlı, mehriban, vəfalı, sədaqətli insandır. O vaxtdan heç dəyişməyib, eynən uşaqlığında, gəncliyində olduğu kimi safdı, durudu. Belə gözəl keyfiyyətləri ilə ətrafında hörmət qazanıb, sevilir. Əlbəttə, təkcə bu keyfiyyətləri  deyil, həm də sözünün ağası olması, xarakteridir ona nüfuz gətirən. Mən onun qabiliyyətinə, istedadına, savadına, nitqinə heyranam.
O vaxt Kəlbəcərdə tədrislə on üç müəllim məşğul olurdu. Onlardan üçü bizim doğma Çovdar və Şahkərəm kəndindən idi:Talış müəllim, Uğurlu müəllim, Höküməli müəllim. Ruhları şad olsun! İxtisasca həm də filoloq olan Namiq atası Talış müüəllimin yolunu, müəllim peşəsini davam etdirməsə də, səxası, mənəvi zənginliyi ilə elə onun davamçısıdır. Əslində, Namiq də sözü ilə öyrədir, təmənnasız  dəstəyi  ilə çoxlarının yolunu işıqlandırır. Mən Namiqi təkcə Talış müəllimin övladı kimi, kəndimizin sakini kimi yox, elimizin-obamızın övladı kimi görürəm, dəyərləndirirəm. Daha geniş mənada, Vətənimizin övladı kimi. Bilirəm ki, onun haqqında bu fikirdə, dşüncədə olan təkcə mən deyiləm. Həyat yaşamaq üçündü. Mənim əziz qardaşım Namiq çətinliklərə rəğmən adını, şərəfini uca tutmağı bacardı və vicdanla yaşadı, yaşayır. O həyatın bütün diqtələrinə iradəsi ilə cavab verir. Bu payız dəyərli dostumun 55 yaşı tamam olur. Yubiley yaşında qələm dostlarının, müxtəlif  müəlliflərin  onun haqqında yazdığı məqalə və şeirləri bir kitaba toplayıb bizlərə, oxucularına ərmağan edəcəyini duydum. Bu məni ikiqat sevindirdi.
Talenin hökmü ilə bir vaxtlar uzaqlara yol aldım və illərdir ki, ölkədən kənarda yaşayıram. Qürbətdə yurd həsrətimi ovudan da elə Namiq kimi dostlar  oldu. Məsafələr bizi uzaqlaşdırmadı, əksinə,  dostluğumuz daha da möhkəmləndi. Sevincimizi bölüşdük, kədərimizə təsəlli olduq. Torpaqlarımız yağı düşməndən azad olunandan sonra Namiq sevincini yansıtdığı bir neçə şeir yazdı. Mənə ünvanladığı "Bizdədir" şeiri də o sevincdən yaranıb. Dostum mənə üz tutub "Aqil, daha qayıt geri, artıq Kəlbəcər bizdədir"- deyərək  30 illik yurd  həsrətimə su çiləyir, ruhum ayaqlanır Kəlbəcərə sarı: 

BİZDƏDİR(66)
 
(İndi qürbət eldə yaşayan uşaqlıq dostum Aqil Aydın oğluna) 
 
Azad oldu yurd - yuvamız,
gəldi xoş xəbər - bizdədir. 
Neçə illər ağrısına
dözdük birtəhər, bizdədir. 
 
Dağ - daşında qanı qalan,
hanı ölən, hanı qalan?! 
Təkcə adı - sanı qalan 
o kənd, o şəhər bizdədir.
 
Hər günümüz, hər anımız,
yurda qurbandı canımız.
Əvvəl - axır ünvanımız 
o müqəddəs yer bizdədir. 
 
Unutmarıq o illəri, 
hər yaranın qalır yeri.
Aqil, daha qayıt geri, 
artıq Kəlbəcər bizdədir. 

 15 may 2023

Şükür ki, yurdumuz azaddı. Namiq yubileyini nisgillə qarşılamayacaq. Bu da bir xoşbəxtlikdir. Mən Namiqə, əziz qardaşıma ilk növbədə can sağlığı diləyir, onu əməliyyat masasına qədər aparan o həssas ürəyinin ağrıdan, kədərdən uzaq olmasını arzulayıram. Yubileyi də, yubiley hədiyyəsi olacaq kitabı da mübarəkdi. Hər addımında uğurla qarşılaşsın,  həmişə sevinc döysün qapısını.
Sən elə o Namiqsən, “Dəlidağ”la böyüyən, Namiq Dəlidağlı kimi ucalan. Səninlə qürur duyuram, Namiq Dəlidağlı!

---------------------------------------!xxxxxxxxxxxxx-----------------------------------

Aqil dost (hazır mətn)

Elimizin-obamızın gözəl şairi Namiq Dəlidağlı dəyərli bir kişinin layiqli övladıdır. Allah rəhmət eləsin dünyasını dəyişən atalara. Namiqin atası rəhmətlik Talış müəllim bizim ağsaqqalımız, (böyüyümüz idi. B) bizə tərbiyə, təhsil verən savadl, ısanballı kişi idi. Onun oğlu əlbəttə, Namiq kimi istedadlı, bacarıqlı, alicənab olmalı idi.
Biz Namiqlə tay-tuş olmuşuq, uşaqlığımız bir yerdə keçib, saysız-hesabsız uşaqlıq xatirələrimiz var. Namiq çox diqqətli, məsuliyyətli və mənəvi cəhətdən zəngin bir şəxsiyyətdir. Onun xatirələrlə  dolu zəngin bir arxivinin olduğuna da əminəm. Əmioğlu ifadəsi biz tərəflərdə müraciət formasıdır. Hansı ki, insanlar arasındakı yaxınlığı, mehribanlığı əks etdirir. Ancaq Namiq mənə həqiqətən əmim oğlu qədər doğmadır, deyərdim ki, qardaşdan ötədir. Məlum işğal illəri, düşmənin amansızlığı bizi pərən–pərən saldı. Hərəmiz bir yerdə məskunlaşdıq. Amma  heç nə bizim dostluğumuza mane olmadı. Fərqli məkanlarda yaşasaq da aramızdakı doğmalıq bağları qopmadı. Deyir, yaxın qonşu uzaq qohumdan yaxşıdır. Biz həm də yaxın qonşu olmuşuq, Namiqin anasını ana, bacılarını bacı bilmişəm. Eləcə də, Namiq mənim doğmalarımı əziz tutub, xoş münasibət göstərib. O vaxtlar bəlkə də adi görünən ən xırda detallar belə indi xatirə kimi insanı kövrəldir. Yaylaqda qonşu olurduq. Mal-qaramızı bir dam altda saxlamışıq, divarımız bir olub.  “Qurdlu bulağın üstü” deyilən əraziyə  Namiqgillə biz düşürdük... Ən gözəl illərimiz o illər imiş, sonralar biləcəkdik. Bir yerdə keçirdiyimiz qayğısız uşaqlıq, yeniyetməlik illəri...   

Hərbi xidmətdə olanda da unutmadıq bir-birimizi. Məktublaşdıq, xatirə şəkilləri göndərdik bir-birimizə. Nədənsə br hiss mənə deyir ki, Namiq hələ də o şəkilləri saxlayır. Çünki onu elə tanıdım, dost adına sadiq. Əsgərlikdə olanda iki bəndini xatırladığım mənə şeir də yazıb gödərmişdu.
Ən gözəl vaxtıdı bizim yerlərin,
o dağlar gül-çiçək açıbdı, qardaş.
Bənövşə özünü naza çəkərək,
ətrini hər yana saçıbdı, qardaş.

Eh ayrılıq bir dağ çəkdi sinəmə,
di, yaxmac ver, yalvaraydım nənəmə,
qoyun-quzu yayılıbdı çəmənə,
camaat yaylağa köçübdü, qardaş.


Namiq istiqanlı, mehriban, vəfalı, sədaqətli insandır. O vaxtdan heç dəyişməyib, eynən uşaqlığında, gəncliyində olduğu kimi safdı, durudu. Belə gözəl keyfiyyətləri ilə ətrafında hörmət qazanıb, sevilir. Əlbəttə, təkcə bu keyfiyyətləri  deyil, həm də sözünün ağası olması, xarakteridir ona nüfuz gətirən. Mən onun qabiliyyətinə, istedadına, savadına, nitqinə heyranam.
O vaxt Kəlbəcərdə tədrislə 13 müəllim məşğul olurdu. Onlardan üçü bizim doğma Çovdar və Şahkərəm kəndindən idi:Talış müəllim, Uğurlu müəllim, Höküməli müəllim. Ruhları şad olsun! Namiq atası Talış müüəllimin yolunu, müəllim peşəsini davam etdirməsə də, səxası, mənəvi zənginliyi ilə elə onun davamçısıdır. Əslində, Namiq də sözü ilə öyrədir, təmənnasız  dəstəyi  ilə çoxlarının yolunu işıqlandırır. Mən Namiqi təkcə Talış müəllimin övladı kimi, kəndimizin sakini kimi yox, elimizin-obamızın övladı kimi görürəm, dəyərləndirirəm. Daha geniş mənada, Vətənimizin övladı kimi. Bilirəm ki, onun haqqında bu fikirdə, dşüncədə olan təkcə mən deyiləm. Həyat yaşamaq üçündü. Mənim əziz qardaşım Namiq çətinliklərə rəğmən adını, şərəfini uca tutmağı bacardı və vicdanla yaşadı, yaşayır. O həyatın bütün diqtələrinə iradəsi ilə cavab verir. Bu payız dəyərli dostumun 55 yaşı tamam olur. Yubiley yaşında qələm dostlarının, müxtəlif  müəlliflərin  onun haqqında yazdığı məqalə və şeirləri bir kitaba toplayıb bizlərə, oxucularına ərmağan edəcəyini duydum. Bu məni ikiqat sevindirdi.

tale elə gətirdi-zad Mən ölkədən kənarda yaşayıram. Torpaqlarımız yağı düşməndən azad olunanda dostum mənə üz tutub ......geri qayıt adlı bir şeir yazdı......

BİZDƏDİR(66)
 
(İndi qürbət eldə yaşayan uşaqlıq dostum Aqil Aydın oğluna) 
 
Azad oldu yurd - yuvamız,
 gəldi xoş xəbər - bizdədir. 
 Neçə illər ağrısına
 dözdük birtəhər, bizdədir. 
 
Dağ - daşında qanı qalan,
 hanı ölən, hanı qalan?! 
Təkcə adı - sanı qalan 
o kənd, o şəhər bizdədir.
 
Hər günümüz, hər anımız,
 yurda qurbandı canımız.
 Əvvəl - axır ünvanımız 
o müqəddəs yer bizdədir. 
 
Unutmarıq o illəri, 
hər yaranın qalır yeri.
Aqil, daha qayıt geri, 
artıq Kəlbəcər bizdədir. 
 15 may 2023

Şükür ki, yurdumuz azaddı. Namiq yubileyini nisgillə qarşılamayacaq. Bu da bir xoşbəxtlikdir. Mən Namiqə, əziz qardaşıma ilk növbədə can sağlığı diləyir, onu əməliyyat masasına qədər aparan o həssas ürəyinin ağrıdan, kədərdən uzaq olmasını arzulayıram. Yubileyi də, yubiley hədiyyəsi olacaq kitabı da mübarəkdi. Hər addımında uğurla qarşılaşsın,  həmişə sevinc döysün qapısını.
Sən elə o Namiqsən, “Dəlidağ”la böyüyən, Namiq Dəlidağlı kimi ucalan. Səninlə qürur duyuram, Namiq Dəlidağlı!

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar