Sizin Reklam Burada
Xəbər lenti
25-04-2026
24-04-2026
BÜTÜN XƏBƏRLƏR

"Neftçi" və "Qarabağ" birgə bəyanat yaydılar

Tarix: 25-04-2026 16:20     Baxış: 324 A- / A+
"Neftçi" və "Qarabağ" birgə bəyanat yaydılar"Neftçi" və "Qarabağ" klubları sabah Misli Premyer Liqasının XXIX turunda baş tutacaq qarşılaşmadan öncə birgə bəyanat yayıblar.
Manevr.az xəbər verir ki, bəyanatda hər iki klub azarkeşlərə səslənərək, onları qaydalara riayət etməyə çağırıblar.
"26 və 30 aprel tarixlərində Azərbaycan futbol ictimaiyyətinin diqqəti "Palms Sports Arena"ya yönələcək. 4 gün aralıqla Misli Premyer Liqasının oyunları çərçivəsində "Neftçi" və "Qarabağ" komandaları iki dəfə üz-üzə gələcəklər.Futbol azarkeşlərinin səbrsizliklə gözlədiyi bu oyunlara bilet satışı davam edir. Azarkeşlər qarşılaşmalara böyük maraq göstərirlər və hər iki görüşdə tribunaların tam dolacağı ehtimal edilir.Ölkənin iki ən titullu klubunun mübarizəsi həmişə ictimaiyyət, kütləvi informasiya vasitələri və futbolsevərlərin diqqət mərkəzində olub. Qarşıdakı iki oyunun da eyni marağa səbəb olacağına heç bir şübhə yoxdur.Əzəli rəqiblərin təxminən 35 ildir davam edən rəqabəti ərzində azarkeşlər çoxsaylı parlaq oyunlara, gözəl qollara, meydanda barışmaz mübarizəyə şahidlik ediblər. Budəfəki qarşılaşmalar da bizə həyəcanlı anlar, bənzərsiz emosiyalar və əsl futbol şousu vəd edir.Həmişə olduğu kimi, komandalar yenə qələbə qazanmaq üçün sona qədər mübarizə aparacaqlar. "Neftçi" və "Qarabağ" olaraq, azarkeşlərimizi təmkinli olmağa, rəqib komandaya və azarkeşlərə, oyunun iştirakçılarına hörmət nümayiş etdirərək, sevimli komandalarını yüksək mədəniyyət və ədalətli oyun prinsipləri çərçivəsində sonadək dəstəkləməyə çağırırıq.Unutmayaq ki, futbol milyonlarla insanın mənəvi qidası olmaqla yanaşı, sadəcə bir oyundur. Meydana çıxan iki komandadan birinin o meydanı sevinc, digərinin isə kədərlə tərk etdiyi bir oyunda meydanda baş verənlər elə meydanda da qalmalıdır. Hər birimizə yaraşan isə Azərbaycanın ən maraqla gözlənilən qarşılaşmasında etik çərçivələri aşmamaq, yüksək peşəkarlıq və rəqiblərə ehtiram göstərməkdir.Hər iki klub oyunun dostluq əhval-ruhiyyəsində, gərgin idman mübarizəsi şəraitində keçəcəyinə əminliyini ifadə edir və azarkeşləri stadiona dəvət edir".
Qeyd edək ki, komandalar arasında görüş sabah "Palms Sports Arena"da saat 19:00-da start götürəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar