Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Bakıda Rusiya vətəndaşı olan silahlı narkotacir saxlanıldı

Tarix: 25-05-2020 13:57     Baxış: 4158 A- / A+
Bakıda Rusiya vətəndaşı olan silahlı narkotacir saxlanıldı



Daxili işlər orqanları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir.


Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, daxil olmuş məlumat əsasında Xəzər Rayon Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Rusiya Federasiyasının vətəndaşı, Bakı şəhərində müvəqqəti qeydiyyatda olan Rauf Abdulraxmanov saxlanılıb.

Ona məxsus Binə qəsəbəsi “Bolluq” yaşayış massivində yerləşən evin həyətinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilən yaş halda çəkisi 97 kiloqram 680 qram olan 587 ədəd çətənə kolu aşkar olunaraq götürülüb. Bundan əlavə oradan 47 ədəd dibçəkdə yeni yetişdirilən çətənə bitkisi və 5 kiloqram 560 qram qurudulmuş marixuana da aşkar olunaraq götürülüb.

Rauf Abdulraxmanov ifadəsində narkotik tərkibli bitkiləri aprelin əvvəlində əkdiyini və onlara xüsusi qulluq etdiyini etiraf edib. Onun məqsədi isə çətənə kollarını qurudandan sonra satmaq olub.

Xəzər RPİ-nin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı olaraq Rauf Abdulraxmanovun yaşadığı evdən gizlətdiyi odlu silah-sursat da aşkar edilib. Belə ki, mənzildən ona məxsus 1 ədəd nömrəsi silinmiş “Kalaşnikov” markalı avtomat silah, həmin silaha aid 3 ədəd sandıqça və 38 ədəd döyüşə yararlı patron aşkar olunaraq götürülüb.

Faktla bağlı 3-cü Polis bölməsində toplanan materiallar Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Rauf Abdulraxmanovun ətrafında əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Manevr.az

Bakıda Rusiya vətəndaşı olan silahlı narkotacir saxlanıldı
Bakıda Rusiya vətəndaşı olan silahlı narkotacir saxlanıldı
Bakıda Rusiya vətəndaşı olan silahlı narkotacir saxlanıldı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar