Sizin Reklam Burada
Xəbər lenti
09 aprel
08 aprel
BÜTÜN XƏBƏRLƏR

Karantin rejimini pozan yaşlıları hansı cəza gözləyir? — DİN-dən AÇIQLAMA

Tarix: 24-03-2020 14:56     Baxış: 323 A- / A+
Karantin rejimini pozan yaşlıları hansı cəza gözləyir? — DİN-dən AÇIQLAMA


Koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti tərəfindən bu gündən ölkədə xüsusi karantin rejimi tətbiq edilib. Bu rejim çərçivəsində 65 yaşdan yuxarı insanların evdən çıxması qadağan edilib. Xüsusi karantin rejiminin tələblərinin icrasına nəzarət Daxil İşlər Nazirliyinə həvalə olunub. Buna baxmayaraq, hazırda karantin qaydalarını pozaraq, küçələrə çıxan yaşlı insanlar müşahidə edilir. Bəs belə məqamda sağlamlıqlarını təhlükə altına alaraq, karantin rejiminin tələblərini pozan ahıllarımızı nə gözləyir?


Manevr.az bildirir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, hər kəs sağlamlıq naminə qoyulan qadağalara riayət etməlidir:

“Ola bilər ki, hansısa vətəndaşlar bilməyərəkdən küçələrə çıxır və gəzir. Onlar anlamalıdırlar ki, görülən tədbirlər vətəndaşlarımızın təhlükəsizliyi və sağlamlığının qorunması məqsədini güdür. Yaşlı, gənc demədən hər birimiz bütün tədbirlərə ciddi riayət etməliyik. Sevindirici haldır ki, böyük əksəriyyət qadağalara əməl edir, atılan addımları anlayışla qarşılayır”.
O ki qaldı qadağaları pozan 65 yaşdan yuxarı şəxslərlə bağlı tədbirlərə, DİN rəsmisi deyib ki, ilk növbədə onlarla maarifləndirici və izahedici danışıqlar aparılacaq:

“Karantin rejiminin tələblərini pozaraq küçələrə çıxan ahıllara xəbərdarlıq edilərək evlərinə yola salınacaqlar”.








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar