Sizin Reklam Burada
Xəbər lenti
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Koronavirus telefon bazarını “vurdu” — Qiymətlər dəyişdi – VİDEO

Tarix: 06-03-2020 22:03     Baxış: 4180 A- / A+
Koronavirus telefon bazarını “vurdu” — Qiymətlər dəyişdi – VİDEO


Koronovirusa görə bir çox dövlətlərin Çinlə sərhədləri bağlaması və ixracatın minimuma endirilməsi Azərbaycan bazarlarına da öz təsirini göstərib. Bu əsasən mobil telefon bazarında müşahidə olunur. Çin istehsalı olan telefonların ya bahalaşdığını, ya da yoxa çıxdığını, azaldığını görmək mükündür.
ARB TV –nin efirində yayımlanan “Günə doğru” verilişində məsələ ilə bağlı sujet yayımlanıb.

Sakin: “Yenə qalxacaq yəqin ki, qiymətlər. Bütün elektronika, hamısı Çindən gəlir”.

Əlimirzə Mirzəyev – Telefon satıcısı: “Orada istehsal olunursa, onların əgər ixracatı dayanırsa, avtomatik burda olan qiymətlər qalxacaq. Mövcud qalxım ehtiyat hissələrində bildirir özünü. 20-30 faiz ehtiyat hissələrinin qiyməti qalxıb. Batareyalardır, ekranlardır, mobil telefon üçün olan aksesuarlardır”.

Satıcılar deyirlər ki, artıq bir müddətdir Çindən mobil telefonlar gəlmir. Onlara tələbat isə çoxalıb. Bu da öz növbəsində qiymətlərə təsir edir.

Əlimirzə Mirzəyev – Telefon satıcısı: “Sonuncu dəfə hardasa 2 ay əvvəl Çindən telefon gətirilib. Hazırda burda olan depolardan isitfadə edirik. Amma bitdiyi zaman artıq başqa bazarlara üz tutmaq lazım olacaq. Məsələn Dubay və başqa. Orada uje qiymətlərdə fərq edecek”.
Rəşad Həsənov – İqtisadçı: “İndiki halda Azərbaycan hökuməti Çindən idxal olunan, əsasən ərzaq məhsullarının daxil olduğu bir sıra mal namenkraturaları üzrə məhdudiyətlə tətbiq edib. 3 mindən artıq məhsul növünə məhdudiyətlər tətbiq edilir. Təbii ki, son nəticədə bu məhsulların Azərbaycan bazarında qiymətinin bahalaşması müşahidə olunacaq”.

Ekspertlər vətəndaşlara bu aralar çin məhsullarına qarşı daha ehtiyatlı davranmağı və zərurət olmadığı halda təqdirdə istehlak etməməyi tövsiyyə edir. Belə olduğu halda çindən idaxal olunan məhsulların bahalaşması nisbətən azala bilər.

Rəşad Həsənov – İqtisadçı: “İstehlakçı hansısa formada bu məhsul növlərini istehlak etməlidir. Bu o deməkdir ki, Çindən gətirilən məhsulları istehlak etmirsə, demək ki, alternativ bazarlardan idxal olunan məhsulları almalıdır. Çini əvəzləyən bu alternativ bazarlara Türkiyə, Rusiya və yaxud Şərqi Avropanın bəzi ölkələrini daxil etmək olar”.

Qeyd edək ki, keçən il Çindən Azərbaycana idxal olunan mal və xidmətlərin ümumi dəyəri təxminən 1.4 milyard dollar olub.


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar