Sizin Reklam Burada
Xəbər lenti
29-03-2024
28-03-2024
BÜTÜN XƏBƏRLƏR

“İranla Ermənistan arasında münasibətlərin qurulmasında günah Elçibəydədir” - Zərdüşt Əlizadə

Tarix: 09-05-2020 22:44     Baxış: 4328 A- / A+
“İranla Ermənistan arasında münasibətlərin qurulmasında günah Elçibəydədir” - Zərdüşt Əlizadə

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Baş Katibi Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trampa müraciət edib.

Müraciətdə koronavirus dövründə ABŞ prezidentinin İran xalqına qarşı sanksiyaları dayandırılması, pandemiya zamanı bütün qadağa və məhdudiyyətlərə moratorium qoyulması, İran xalqının təcrid və böhrandan azad edilməsi istənilir.

Bu müraciət Azərbaycanla İran münasibətlərinin həssaslaşdığı dönəmdə verilib. İki ölkənin Araz çayı üzərində "Xudafərin”, "Qız qalası” hidroqovşaqlarının və Su Elektrik Stansiyalarının tikilməsi, istismarı ilə bağlı 2016-cı ilin fevralında imzaladığı, parlamentin ratifikasiya etdiyi 17 maddəlik saziş məhz bugünlərdə Azərbaycanda geniş müzakirələrə səbəb olub.

Bunu "xəyanət” sayanlar da var, İranın Azərbaycanın suverenliyini tanıması, rəsmi Bakının işğal edilmiş ərazilərdə söz haqqı olması kimi qəbul edənlər də.

Bu dövrdə belə bir müraciətin ünvanlanmasında məqsəd nədir?

Siyasi şərhçi Zərdüşt Əlizadə məsələnin hansısa pərdəarxası məqamının olmamasını və Şeyxülislamın müsəlman kimi həmrəylik göstərdiyini söyləyir: "Şeyx həzrətləri bütün dünyadakı müsəlmanlarla həmrəy olmalıdır və bu müraciətlə bunu bildirir. İrana edilən sanksiyalar qanunsuzdur. İranın nüvə proqramını BMT-nin Təhlükəsizlik Şurası təsdiq edib və Barak Obama da prezident olduğu dövrdə imzalayıb. Tramp hakimiyyətə gəldikdən sonra sionist olduğu üçün İsrailin xeyrinə bunu ləğv etdi və İrana sanksiyalar tətbiq etdi. Şeyx də bunları nəzərə alıb deyir ki, pandemiya dövründə, bütün bəşəriyyət təhlükədə olduğu dövrdə "Amerika , gəl, daşı ətəyindən tök!”

Ermənistan Azərbaycanın torpaqlarının 20 faizini işğal edib, iki ölkə müharibə vəziyyətindədir. Amma buna baxmayaraq İran Ermənistanla hər zaman isti münasibət saxlayır, blokadada qalan ölkəylə yardım göstərir, iqtisadi, siyasi dəstək verir. Hətta Rusiyanın məhz İran üzərindən Ermənistana bir milyard dollarlıq silah-sursat yollamsı haqda iddialar səslənir. O zaman belə sual yaranır: "”İran niyə Azərbaycana həmrəylik göstərmir?

Zərdüşt Əlizadə SSRİ dağıldıqdan sonra İranın Azərbaycana hərbi, siyasi və maddi yardım etdiyini söyləyir: "İran ərazisindən əfqan mücahidləri keçərək Qarabağda vuruşurdu. İran milyonlarla dollarlıq texnika verdi. Bunun əvəzində İran Azərbaycandan nə gördü? Əbülfəz və onun dəstəsi İrana düşmənçilik elan etdilər. Əbülfəz Elçibəy İranı dağıdacağını, Təbrizdə mitinqlər edəcəyini dedi. Azərbaycanın ovaxtkı İrandakı səfiri Nəsib Nəsibli İranın ərazi bütövlüyünün parçalanması haqqında bəyanatlar verdi. Bundan sonra İran Ermənistanla normal münasibətlər qurmağa başladı, ticarət əlaqələri yaradıldı və bu ölkə üçün bir nəfəslik yaratdı. Amma heç bir hərbi kömək etmədi. İndi sual edirəm günah kimdədir? Elçibəy və onun xələflərində”.

Siyasi şərhçi onu da qeyd edir ki, son 27 ildə İran mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və Ermənistanın təcavüzkar ölkə olduğunu elan edir.

"Əsas odur ki, Şeyx həzrətləri belə bir əxlaqi mövqe sərgiləyir”, - Z.Əlizadə bildirir.

Bununla belə, o da A.Paşazadənin müraciətinin heç bir effekti olmayacağını vurğulayır: "Amerikada ədalət yoxdur, mənafe var. Təbii ki, bunun heç bir xeyri olmayacaq. Tramp öz dediyindən əl çəkməyəcək”./toplum.tv

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar