Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
BÜTÜN XƏBƏRLƏR

Zelenski: Ukraynada köhnə hakimiyyət sistemini nokauta salacağıq

Tarix: 09-06-2019 18:51     Baxış: 3211 A- / A+
Zelenski: Ukraynada köhnə hakimiyyət sistemini nokauta salacağıq

Ukrayna Prezidenti Vladimir Zelenski Xalq Xidmətçisi Partiyasının ölkədə yeni hakimiyyət sistemi formalaşdırmağa imkan verəcəyinə və köhnə hakimiyyət sistemini nokauta salacaqlarına əmindir.

APA-nın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, V. Zelenski bunu bu gün Xalq Xidmətçisi Partiyasının Kiyevdə keçirilən qurultayında bəyan edib.

Qurultayda deputatlığa namizədlərin siyahısı təqdim edilib, partiyanın proqramı təsdiqlənib.

V. Zelenski deyib ki, "Xalq Xidmətçisi" brend deyil, onların dünyagörüşüdür: "Bu, Ukraynada yeni sistemin qurulmasına kömək edəcək, köhnə sistem yenilənməyəcək. Biz sizinlə birlikdə bu işə aprelin 21-də başladıq, ancaq biz yalnız ilk kiçik addımı atmışıq. Bu, yalnız birinci raunddur. Sistem hazırda nokdaundadır, biz nokaut təklif edirik. Biz bunu birlikdə edək".

V. Zelenski Ali Radanın növbəti çağırışında deputat toxunulmazlığının ləğv ediləcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Ukraynada növbəti parlament seçkilərinin oktyabrda keçirilməsi planlaşdırılsa da, V. Zelenski Ukrayna Prezidenti səlahiyyətlərinin icrasına başladıqdan sonra Ali Radanın səlahiyyətlərinə xitam verilməsi və iyulun 21-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə fərman imzalayıb.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar