Sizin Reklam Burada
Xəbər lenti
17 oktyabr
16 oktyabr
BÜTÜN XƏBƏRLƏR

Damarlarımızı açan məhsullar

Tarix: 04-10-2019 23:30     Baxış: 436 A- / A+
Damarlarımızı açan məhsullar



İnsan yaşa dolduqca damarların daxilində piyə bənzər maddə (xolesterin) yığılmağa başlayır ki, bu da damarları daraldır, zəif və kövrək edir.


Belə insanlarda damarın tam tutulması və ya partlaması nəticəsində ürək tutması, insult və ya infarktın riski də artır.

Manevr.az
saglamolun.az-a istinadən bildirir ki, bəzi qida məhsulları damarları xolesterindən təmizləyir, damarları sağlam və cavan saxlamağa yardım edir. Bu hansı məhsullardır?

- Tamdənli bitkilər (arpa, yulaf yarması, qarabaşaq, kinoa, qəhvəyi düyü və s.)

Onlar faydalı maddələr və qidalı liflərlə zəngindir. Qidalı liflər orqanizmə "süpürgə" kimi təsir edərək orqanizmdən ziyanlı maddələri və o cümlədən artıq xolesterini xaric edir.

- Göyərti (kərəviz, cəfəri, ispanaq, kahı)

Göyərtilər də müxtəlif vitamin, mikro- və makroelementlər və həmçinin qidalı liflərlə zəngindir.

- Yağlı balıq

Balıq və balıq yağı damarlarda iltihabları azaldır və həmçinin orqanizmdə "yaxşı" xolesterinin səviyyəsini artırır. Xolesterin sağlam deyil məhz iltihablaşmış damarlarda yığılır, həmçinin "yaxşı" xolesterinin səviyyəsi yüksələndə "pis" xolesterinin səviyyəsi də azalır.

- Zeytun yağı

Çoxsaylı araşdırmalar göstərib ki, zeytun yağı damarlarımız üçün ən faydalı məhsuldur. Zeytun yağını salatlara əlavə etmək çox faydalıdır.

- İtburnu

İtburnu orqanizmin ən yaxşı "təmizləyicisi"dir. İtburnu dəmlıəməsi şəkərin səviyyəsini aşağı salır və bununla da damarlarda iltihabın yaranmasının riskini azaldır. (Məhz şəkər damarlarda iltihab yaradaraq damarlarda xolesterinin yığılmasına şərait yaradır.)

Bundan əlavə itburnu C vitamini ilə zəngindir. C vitamini damarların divarlarını möhkəmləndirir, onların elastikliyini artırır, damarların partlaması riskini azaldır.








Adınız:*
E-Mail:
Şərhiniz:
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Renk Seç | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoiler Ekle
Sorğuya cavab yazın:
Saytımızın adının ilk hərfini yazın
Cavabınız:*
Kodu yazın: *



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Sorğu


Portalımızı dəyərləndirin.
Çox gözəl portaldı
Yaxşı portaldı
Yaxşıdı ...anma...
Yaxşı ola bilər
Xoşlamadım



Çox oxunanlar