Xəbər lenti
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Hindistanın Raisina Dialoqu Forumunda - ŞƏKİLLƏR

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş Katibi Rövşən Muradov, Mərkəzin Çin və Asiya ilə əməkdaşlıq üzrə koordinatoru Emil Məmmədov Çinin Daxili İşlər Nazirliyinin dəstəyi və Hindistanın Baş Naziri Narendra Mondinin himayəsi ilə təşkil olunan 5-ci Raisina Dialoq Forumunda iştirak edib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən verilən məlumata görə, Hindistanın Azərbaycan Respublikasındakı səfirliyinin dəstəyi ilə təşkil olunan səfər çərcivəsində Mərkəzin Baş Katibi Mərkəzi Asiyanın gələcəyi panelində regionda Çinin reallaşdırdığı Bir Kəmər Bir İpək Yolu haqqında məlumat verib.
2014-cü ildə Nobel Sülh Mükafatını alan və Hindistanın yeganə Sülh Mükafatçısı olan Dr. Kailaş Satyarthi ilə keçirilən görüşdə VIII Global Bakı Forumu ilə bağlı Bakıya səfəri və rəhbərlik etdiyi Uşaqların Gələcəyi üçün Liderlər və Nobel Mükafatçıları (21 nobel mükafatçısı daxildir) platforması ilə mövcud ola biləcək əməkdaşlıq müzakirə edilib.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzin mövcud qlobal krizizlərin çərcivəsində dünyada sülhün, dialoqun və tolerantlığın təbliğ olunmasındakı fəaliyyətini yüksək qiymətləndirən Dr. Kailaş Sülh Mükafatı alınması ilə əlaqədar təsis etdiyi Mükafatı Mərkəzə təqdim edib. musavat.com
Manevr.az





Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər



Axtarış
Reklam

Şou-biznes
Yazarlar
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar